Kənəfvari eupator
Kənafvari asırqalotu (lat. Eupatorium cannabinum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin asırqalotu cinsinə aid bitki növü.
== Botaniki xarakteristikası ==
Hündürlüyü 50-100 (120) sm, gövdəsi düzdür, nazik-şırımlıdır, tünd-qırmızı rəngə boyanmış və yuxarı hissədə budaqlanmış yaşıl, qısa-tüklü olan çoxillik ot bitkisidir. Gövdəsi al qırmızı, düz və şırımlı, 50-100 (120) sm hündürlükdə, qısatüklü, yaşıl bəzən boz rəngli, yuxarıdan budaqlı bitkidir. Yarpaqları qısasaplaqlı, qarşılıqlı, lansetvari yaxud yumurtavarilansetvari seqmentlərə bölünmüşdür; nadir hallarda yarpaqları bütöv, sadədir. Çiçəkqrupu sıx qalxanvaridir. Səbətləri azçiçəkli, 8 mm uzunluqda, 4-6 çəhrayı çiçəkdən ibarətdir. Toxumcaları 3 mm uzunluqda, dar uzunsov, 5 tinli, tünd rəngdədir; kəkili toxumcadan bir qədər uzundur. Yarpaqları çox qısa saplaq üzərində qarşı-qarşıya yerləşmiş, aşağı tərəfdə yerləşənlər bir qədər daha sıx və yumşaqtükcüklüdür; aşağı yarpaqları üç hissədən ibarətdir, seqmentləri neştərvari və yaxud yumurtaşəkilli-neştərvaridir, ucu sivri, kənarları isə mişarvari-dişlidir. Yuxarı yarpaqları sadə, neştərvari və yaxud yumurtaşəkilli-neştərvaridir, nadir halda gövdə üzərində bütün yarpaqlar bütöv olurlar.