1. sif. Kəsilmiş halda olan, iti bir şeylə kəsilib yaralanmış, cızılmış. Kəsik üz. Kəsik dəri.
– Şaxta kəsik yerə daha bərk təsir edir.
2. sif. Kəsilmiş, kəsilib götürülmüş, kəsilib atılmış. Kəsik barmaq (bilək).
– Kəsik baş söyləməz. ( ).
[Əvvəlinci:] Malların əgər nişanları lazımsa deyim: – Birinin buynuzu qaradır, özü də arıq, qulağı kəsikdir…
[Qızıl it] …kəsik qulaqlarını oynadaraq qalın, boğuq səsi ilə hürər, nəşəmi pozardı.
Kəndin qənşərinə çatanda Ataşın gözü birdən boz eşşəyin kəsik qulağına sataşdı…
3. sif. Kəsilib qısaldılmış, gödəldilmiş. Kəsik hörük.
– [Qızın] sarı kəsik saçı xələtin yaxasına tökülmüşdü.
4. is. Yarıq, kəsilmiş, tikilməyib açıq qoyulmuş yer (paltar və s.-də). Pencəyin kəsiyi. Tumanın kəsiyi.
5. is. Bir şeyin yaralaya (kəsə) biləcək qırığı, sınığı, parçası, tikəsi, hissəsi. Stəkan kəsiklərini yığmaq. Şüşə kəsiyi.
// Qırıq, tikə, kəsilmiş parça. Ağac kəsiyi.
– Ağa əlini yanına atıb odun kəsiyini götürdü.
6. sif. Qırıq, kəsik-kəsik, uzun sürməyən, davam etməyən. Kəsik fit. Kəsik səs.
– …Ağılların qapısını kəsmiş itlərin kəsik hürüşləri gecənin qara pərdəsini yırtıb uzağa gedirdi.
Salon sakit, fəqət hərdən; Gəlir kəsik hıçqırıqlar.
7. is. xüs. Boru və s. şeylərin kəsilmiş yeri. Borunun kəsiyi.
8. is. tar. Çar Rusiyasında 1861-ci ildə təhkimçilik hüququ ləğv edildikdən sonra kəndlilərə verilən kiçik torpaq hissəsi; nadel.
9. sif. məc. dan. Sahibsiz, başsız, yiyəsiz (uşaq, qadın haqqında). Kəsik uşaq. Kəsik qız. Kəsik qadın.
// İs. mənasında. Öz kəsiyimizdir.