KAMBAY
KAMİBƏY
OBASTAN VİKİ
Kami
Kami — şintoizmdə həyat üçün önəmli olan külək, yağış, ağac, dağ və bərəkət şəklinə girən ruh, başqa sözlə tanrı. Şintoizmdə kamilər təbiətdən ayrı sayılmır. Sintoistlər pis və yaxşı, neqativ və pozitiv xarakterlər təbiətdə şəkil alan kamilərdir. Onlar musubinin təzahürüdür. Sinto inancına görə kamilər kainat və enerjiylə bağlıdır. İnsanlıq üçün doğru çalışmaq nümünəvi hesab edilir. Sintoistlər kamilərin bu dünyada gizli olduğuna inanırlar.
Hisao Kami
Hisao Kami (d. 28 iyun 1941) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 15 oyun keçirib.
Kami Kreyq
Kami Kreyq (21 iyul 1987, San-Luis-Obispo[d], Kaliforniya) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. Kami Kreyq, ABŞ yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Niderland yığmasına 10:11 hesabı ilə məğlub olan ABŞ yığması, XXIX Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu. Daha sonra Kami Kreyq, ABŞ yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İspaniya yığmasını 8:5 hesabı ilə məğlub edən ABŞ yığması, London Olimpiadasının qızıl medalına sahib oldu. Kami Kreyq, ABŞ yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İtaliya yığmasını 12:5 hesabı ilə məğlub edən ABŞ yığması, Rio-de-Janeyro Olimpiadasının qızıl medalına sahib oldu.
Kami-Şirataki Dəmiryol Stansiyası
Kami-Şirataki Dəmiryol Stansiyası (上白滝駅, Kami-Shirataki-eki) - Yaponiyanın Hokkaydo prefekturasının Enqaru şəhərində yerləşən dəmiryol stansiyası. Stansiyanın nömrəsi A44-dir. 2016-cı il yanvarın 16-da Çin kanalı CCTV tərəfindən stansiyanın yalnız bir məktəbli qıza görə bağlanmadığı söylənilmişdi. Stansiyanın martın 26-sı qız məktəbi bitirdikdən sonra bağlanacağı bəyan olunmuşdu. Bu xəbər İnternetdə geniş müzakirə olunurdu. Lakin sonradan bağlanma tarixinin qızın məktəbi bitirməyi ilə bağlı olmadığı məlum oldu.
Kamaləddin Kami Kamu
Kamaləddin Kami Kamu (15 sentyabr 1901, Bayburt – 6 mart 1948 və ya 6 mart 1949, Ankara) — Türkiyə şairi. Öncəliklə bir qürbət və yalnızlıq şairi kimi tanınır. İşğal illərinin və istiqlal hərbinin şairidir. Qürbət mövzulu başlıca şeirləri bunlardır: "Qürbət", "Xəzan yolçusuna", "Qürbət gecələrində", "Əngində xatirələr". Parisdə olduğu illərdə də ölkəmizi özləmiş və oradakı qürbət duyğularını "Qürbətdə rənglər" şeirində tərənnüm etmişdir. Ümumən yalnızlıq içində keçmiş bir həyatı vardır. Onun bir başqa önəmli mövzusu eşqdir. 1926-cı ildə sevdiyi qızın nişan mərasimi keçiriləcəyi gün başqa birisi ilə bala gedəcəyini xəbər alır. Qısqanclıqdan dolayı ondan soyuyur və ayrılır. Bu durum onu ölənə qədər nakam eşqini tərənnüm edən dərdli bir eşq şairi edir.
Kami-Şirataki stansiyası
Kami-Şirataki Dəmiryol Stansiyası (上白滝駅, Kami-Shirataki-eki) - Yaponiyanın Hokkaydo prefekturasının Enqaru şəhərində yerləşən dəmiryol stansiyası. Stansiyanın nömrəsi A44-dir. 2016-cı il yanvarın 16-da Çin kanalı CCTV tərəfindən stansiyanın yalnız bir məktəbli qıza görə bağlanmadığı söylənilmişdi. Stansiyanın martın 26-sı qız məktəbi bitirdikdən sonra bağlanacağı bəyan olunmuşdu. Bu xəbər İnternetdə geniş müzakirə olunurdu. Lakin sonradan bağlanma tarixinin qızın məktəbi bitirməyi ilə bağlı olmadığı məlum oldu.
Dayana Kamilo
Dayana Kamilo (15 dekabr 1977) — Braziliyanı təmsil edən bədii gimnast. Dayana Kamilo Braziliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 8-ci pillənin sahibi olub.
Dayki Kamikava
Dayki Kamikava (yap. 安倍 晋三 7 aprel 1989 Yamaquçi, Yaponiya) — 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Yaponiya cüdoçusu. Kamikava 2010-cu ilin sentyabrında Yaponiyanın paytaxtı Tokio şəhərində baş tutmuş dünya çempionatında qızıl medal əldə edib. O, mütləq çəki dərəcəsinin finalında Fransa təmsilçisi Teddi Rineri məğlub edib.
Hüseyn Kamil
Hüseyin Kamil (d. 21 noyabr 1853 - ö. 9 oktyabr 1917) — Misir sultanı. 21 noyabr 1853-cü ildə Qahirədə dünyaya gəldi. Atası Misir xədivi Kavalalı İsmayıl Paşa, anası isə onun xanımlarından Nurfələk Qadınəfəndidir. İlk təhsilini saray mənsubları üçün Menyel sarayında açılan məktəbdə alan Hüseyn Kamil 1867-ci ildə atasıyla birlikdə İstanbula gedərək Sultan Əbdüləzizi ziyarət etdi. Ardından Parisə getdi və 1869-cu ildə Süveyş kanalının açılış mərasiminə qədər orada qaldı. Kanalın açılışı münasibətilə Qahirəyə döndükdən qısa müddət sonra Florensiyaya İtaliya kralı II Viktor Emanuelin nəznində diplomatik elçi olaraq göndərildi. Vəzifəsini tamamlamasının ardından 1870-ci ildə Qahirəyə döndü və müxtəlif nazirlikliklərin tərkibində fəaliyyət göstərdi. Bu illərdə Qahirə-Hulvan dəmiryolu xəttinin çəkilməsinə nail oldu.
Kamiabad (Ərdəbil)
Kamiabad (fars. كمي اباد‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 563 nəfər yaşayır (128 ailə).
Kamici adası
Kamici adası (yap. 上地島) — Yaponiyanın Ryukyu arxipelaqı, Sakişima adaları, Yaeyama adaları qrupuna, Araqusukuya daxil olan iki adadan biri. İnzibati baxımından Yaponiyanın Okinava prefekturası, Yaeyama qəzası, Taketomi dairəsi ərazisinə daxildi. İriomotedən cənub-şərqdə, Kuroşima adasından qərbdə yerləşir. Sdanın sahəsi — 1,55 km², hündürlüyü — 12 m. Adada kiçik Ueci qəsəbəsi yerləşir.
Kamiella
Qarayonca (lat. Medicago) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Yusif İbn İsmayıl Xoyinin (XIII–XIV əsrlər) yazdığına görə, baş əsməsini müalicə etmək üçün gündə 2 dəfə başa bişmiş qarayonca ilə kompres qoymaq lazımdır. Əgər qarayoncanın otu və toxumları mütamadi yeyilərsə, bu, insanı kökəldir və qanı artırır. Qarayonca tozunun bal ilə kompresi soyuq şişləri, sirkə ilə qarışığı isə isti şişləri çəkir. Qarayoncanın toxumları başqa hissələrinə nisbətən daha faydalıdır. Onlar mədəni möhkəmlədir, sperma və süd yaradır, aybaşını qovur, öskürəkdə xeyirlidir. Elmi təbabətdə qurudulmuş və toza çevrilmiş qarayonca qansaxlayıcı və yarasağaldıcı xüsusiyyətə malikdir. Əkin qarayoncası şəkər xəstəliyində, qalxanvari vəzinin funksiyasının azalmasında, oraqvari qarayonca isə sətəlcəm, diarreya (mədənin pozulması) və ürəkdöyüntüsü zamanı istifadə edilir. {{bt-azlat||Medicago arabica (L.) Huds.
Kamik
Kamik (lat. Camicus, q.yun. Καμικός) — Siciliyada yaşayan sikanların paytaxtı. Bu, yunan mifologiyasında Dedalın sikan padşahı Kokal üçün tikdiyi qaladır. Kamikin yeri müasir arxeoloqlar tərəfindən Sant-Ancelo-Muksaro olaraq müəyyən edilmişdir. Keçmiş istehkamlı yaşayış məntəqəsinin yalnız iki fraqmenti bu günə qədər qalmışdır. Buna baxmayaraq, yaxınlıqda aşkar edilmiş nekropol tunc dövründə burada böyük yaşayış məntəqəsinin mövcudluğundan xəbər verir.
Kamikadze
Kamikadze (yap. 神風, "ilahi külək"; kami — "ilah", kadze — "külək"; rəsmi adı Tokubetsu Kogekitay (特別攻撃隊), Tokko Tay (特攻隊) və ya Tokko (特攻)) — İkinci dünya müharibəsinin son dövrlərində Sakit okeandakı hərbi əməliyyatlarda ABŞ donanmasına qarşı istifadə olunan yapon intiharçı pilotlarına verilən ad. "Kamikadze" — daha geniş məna ifadə edən və təkcə pilotları yox, bütün intiharçıları nəzərdə tutan tokkotay adlı başqa bir yapon termininin tərkib hissəsidir. İlkin olaraq "kamikadze", yəni "ilahi külək" 1274 və 1281-ci illərdə monqol xanı Kubilayın Yaponiyanı ələ keçirmək üçün göndərdiyi donanmanı məhv edən tayfuna verilən addır. Vikianbarda Kamikadze ilə əlaqəli mediafayllar var. "Kamikadze. İmperator uğrunda yeddi həyat." Arxivləşdirilib 2005-03-10 at the Wayback Machine Yapon və amerikan təsəvvüründə kamikadze obrazı Arxivləşdirilib 2012-01-06 at the Wayback Machine Kamikadzelər haqda şəxsi sayt Dənizin səsləri. Kamikadzelərin vida məktubları.
Kamikaze
Kamikaze — amerikalı reper Eminemin 31 avqust 2018-ci il tarixində işıq üzü görmüş 10-cu studiya albomudur. Albomda yer alan mahnılarda Eminem, əsasən, ''Mumble rap'' ifaçılarını (Lil Pump, Lil Xan, Migos və s.) tənqid etməklə diqqət çəkir. "Greatest" mahnısında Kendrik Lamar tərəfindən yazılmış və ifa olunmuş "Humble" mahnısının sample-ı istifadə olunub.
Kamil
Kamil — Azərbaycanlı kişi adı. Kamil Cəlilov — mahir qaboy ustası, "Şöhrət" ordenli Azərbaycanın xalq artisti. Kamil Jordan — Fransız riyaziyyatçı; Kamil Nəsibov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Kamil Katibli — Azərbaycan Respublikası Nazirlər Kabineti Məxfi şöbənin müdiri Kamil Balakişiyev — Azərbaycan tibb elminin möhkəm dayaqlarından biri sayılan görkəmli alim Kamil Qurbanov — fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Kamil Qubuşov — Aktyor. Film səsləndirənlər. Filmlərdə iştirak edən. Kamil Vəli Nərimanoğlu — filologiya elmləri doktoru, Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri. Kamil Nəcəfzadə — Azərbaycan quruluşçu kino rəssamı. Kamil Zöhrabov — Aktyor. İkinci rejissor.
Kamil (film, 1997)
Kamil - 1997-ci il Azərbaycan istehsalı bioqrafik film. Film qaboy ustası Kamil Cəlilov haqqında bəhs edir.
Kamil Akimov
Kamil Əlisoltan oğlu Akimov (Həkimov) (11 iyul 1927, Petropavlovka, Salyan qəzası – 19 iyun 2019, Bakı) — ictimai xadim, neft sənayesi təşkilatçısı, Azərbaycanın əməkdar mühəndisi. Kamil Akimov 1927-ci il iyulun 11-də Sabirabad şəhərində sənətkar ailəsində anadan olub. 1943-cü ildə Bakı Neft Texnikumuna daxil olmuş, 1947-ci ildə bu texnikumu fərqlənmə diplomu ilə bitirdikdən sonra təhsilini Azərbaycan Sənaye İnstitutunda davam etdirib və eyni zamanda Neftayırma zavodunda operator köməkçisi kimi əmək fəaliyyətinə başlayıb. 1952-ci ildə ali təhsilini neft və qazın emalı üzrə mühəndis-texnoloq ixtisası ilə başa vurduqdan sonra zavodun ən məhsuldar qurğularından birinə rəis təyin edilib. Kamil Akimov, 1962-ci ildə zavodun baş mühəndisini müavini; 1963-cü ildə Azərbaycan KP MK, respublika Nazirlər Soveti yanından yeni təşkil olunmuş Partiya Dövlət Nəzarət Komitəsinin neft və kimya sənayesi şöbəsinə rəis müavini; 1964–1967-ci illərdə Bakı Neft Emalı Zavodunun direktoru; 1967–1970-ci illərdə Azərbaycan SSR Neft Emalı Sənayesi nazirinin birinci müavini; 1970–1980-ci illərdə Azərbaycan SSR Neft Emalı Sənayesi naziri vəzifələrində çalışmışdır. 1980-ci ildə II çağırışda Ali Sovetin deputatı seçilib. O, ayrı-ayrı illərdə İraqda və Kubada neft emalı zavodlarının yenidən qurulmasında sovet mühəndislərinin işinə birbaşa rəhbərlik edib, həmin ölkələrin fəxri fərmanları və yüksək mükafatlarına layiq görülüb. "Şərəf nişanı" ordeni "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni Azərbaycan respublikası Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilib. 2019-cu il iyunun 16-da Bakı şəhərində vəfat etmişdir.
Kamil Allahyarov
Kamil Allahyarov — Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin "Elmi inkişaf və tədris layihələri" şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor. 22 sentyabr 1950-ci ildə Naxçıvan MR-nın Babək rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinin Fars filologiyası bölməsini fərqlənmə diplomu ilə bitirmişdir. 1973–1975-ci illərdə Sovet ordusu sıralarında Əfqanıstanda tərcüməçi-zabit kimi xidmət etmişdir. 1975-ci ildə AMEA Əlyazmalar İnstitutunun aspiranturasına daxil olub, 1978-ci ildə "Əmir Şahi Səbzəvari divanının teksoloji tədqiqi" mövzusunda namizədlik dissertasiyası, 1996-cı ildə isə "Azərbaycan şeir sənətinin genezisi, formalaşması və təkamül yolları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 2014-cü ildə professor elmi adı almışdır. 14 kitabın və 200-ə yaxın elmi məqalənin müəllifidir. Əsərləri Rusiyada, İranda, Türkiyədə, Koreyada və başqa ölkələrdə çap olunmuşdur. Nizami Gəncəvi əsərlərinin əlyazmaları dünya kitab xəzinələrində. (C. Qəhrəmanovla birlikdə) Bakı: Elm, 1987 (rus di-lində).-84 s.
Kamil Atakişiyev
Kamil Ayda-zadə
Kamil Aydazadə (tam adı: Kamil Rəcəb oğlu Aydazadə; 23 dekabr 1950, Qusar) — fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, AMEA İdarəetmə Sistemləri İnstitutunun "Determenik sistemlərdə qərar qəbuletmənin ədədi üsulları" laboratoriyasının rəhbəri, Azərbaycan Dövlət Neft Akademiyasında "Tətbiqi riyaziyyat" kafedrasının müdiri. Kamil Aydazadə 1950-ci il dekabrın 23-də Qusar rayonunda anadan olmuşdur. Bakı Dövlət Universitetini bitirmişdir. Azərbaycan Respublikasının Əməkdar müəllimi adına layiq görülmüşdür. 1975-ci ildən Bakı Dövlət Universiteti-ndə "Tətbiqi riyaziyyat" fakültəsi 1999-cu ildən Lənkəran Dövlət Universiteti Hal-hazırda Azərbaycan Dövlət Neft Akademiyasında "Tətbiqi riyaziyyat" kafedrasının müdiri 1976–1980-ci illərdə onun tərəfindən işlənilmiş mürəkkəb texniki və texnoloji obyektlərin optimallaşdırılması, modelləşdirilməsi və tədqiqinə dekompozisiya yanaşması elm və texnikanın müxtəlif sahələrində real məsələlərin həlli üçün istifadə olunmuş və bu yanaşma intellektual proqram paket və sistemləri səviyyəsinə çatdırılmışdır. Ayda-zadə K. R. dekompozisiya üsulunu inkişaf etdirərək şəbəkə quruluşuna malik qeyri-xətti optimallaşdırma məsələlərini tədqiq etmək üçün fundamental nəzəriyyə və üsullar yaratmışdır. Bu məsələlər böyük ölçüyə malik olması, zəif və ən mühümi məhdudiyyətlərin yakobianının ixtiyari şəkildə doldurulması ilə xarakterizə olunurlar. Göstərilən xüsusiyyətlər həmin məsələləri C. Dansiq, F. Vulf, E. Q. Qolşteyn, A. A. Pervozvanski, N. Z. Şor və başqaları tərəfindən tədqiq olunmuş böyük ölçülü məsələlər sinfindən fərqləndirir. Onun tərəfindən toplanmış və paylanmış parametrli sistemlərdə çoxlu texnoloji proseslər və texniki obyektlərin (xüsusi halda neftqazçıxarma, xammalın boru-nəqli və s.) idarəetməsi üçün nəzərdə tutulan zona idarəedici təsirlərin sintezinin yeni qoyuluşu və yanaşması təklif olunmuşdur. Onun rəhbərliyi ilə Azərbaycan dili üçün: çap əlyazma, əlyazma mətnlərinin və nitqin tanınması; nitqin sintezi; mətnin və nitqin anlaması intellektual kompüter sistemləri yaradılıb və bu sistemlərində onun tərəfindən dekompozisiya, modelləşdirmə, optimallaşdırma və qeyri səlis nəzəriyyələrinin əsasında hazırlanmış riyazi aparatından istifadə olunub.
Kamil Aydazadə

Kamil Balakişiyev
Kamil Balakişiyev (20 sentyabr 1906, Bakı – 22 noyabr 1973, Bakı) — Azərbaycan tibb elminin möhkəm dayaqlarından biri sayılan görkəmli alim, Azərbaycanda elmi anatomiyanın banisi, uzun illər qayğıkeş pedaqoq, bacarıqlı təşkilatçı kimi insan anatomiyası kafedrasının müdiri vəzifəsində çalışmış əməkdar elm xadimi, tibb elmləri doktoru, professor. Kamil Əbdülsalam oğlu Balakişiyev 1906-cı il sentyabr ayının 20-də Bakının Novxanı kəndində anadan olmuşdur. O, orta təhsilini ikinci dövlət kişi gimnaziyasında almış, 1921-ci ildə Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olmuşdur. Hələ ikinci kurs tələbəsi ikən pedaqoji və elmi-tədqiqat işlərinə ciddi maraq göstərdiyinə görə insan anatomiyası kafedrasına qəbul olunmuşdur. Onun fitri istedadı kafedra rəhbərliyinin diqqətini cəlb etmiş və bir qədər sonra insan anatomiyası fənni üzrə sərbəst surətdə məşğələlər aparmasına icazə verilmişdir. Beşinci kurs tələbəsi olarkən K. Balakişiyev öz müəllimi A. Valenkaya ilə birlikdə rus dilində "Osteologiya üzrə praktik məşğələlərə rəhbərlik" adlı dərs vəsaiti yazmış və həmin vəsait 1926-cı ildə çap olunmuşdur. XX əsrin 30-cu illərinin əvvəllərində isə o, Azərbaycan dilində latın qrafikası ilə silsilə dərslik və dərs vəsaitləri çap etdirərək ölkə anatomiyası tarixində yeni səhifə açmışdır. 1930-cu ildə 24 yaşında elmi-pedaqoji fəaliyyətindəki xidmətlərinə görə K. Balakişiyev privat-dosent elmi adına layiq görülmüşdür. O, praktik məşğələlər aparmaqla yanaşı, tələbələrə həm rus, həm də Azərbaycan dilində normal anatomiya fənni üzrə mühazirələr oxumağa başlamışdır. Hələ tələbəlik illərindən ardıcıl olaraq elmi-tədqiqat işləri ilə məşğul olan alimə 1935-ci ildə dövri mətbuatda çap etdirdiyi sanballı elmi-tədqiqat işlərinin nəticələrinə görə tibb elmləri namizədi elmi dərəcəsi verilmişdir.
Kamil Bəşirov
Kamil Cəlilov
Kamil Cəlil oğlu Cəlilov (29 yanvar 1938, Bakı – 22 fevral 2022, Bakı) — Azərbaycan qoboyçusu, bəstəkarı və pedaqoqu. 1977-ci ildə onun balaban (bəzən qaboy kimi qeyd olunub) ilə çaldığı "Muğam" (bəzən "Çahargah ahəngi" adlanır) adlanan kompozisiyası Voyacer qızıl plastinkasına daxil olub.. O, qoboy alətini muğam janrına gətirən ilk ifaçıdır. Bəstəkar Fikrət Əmirovun qoboy və fortepiano üçün "Altı pyes"inin ilk ifaçısıdır. 1990-cı ildə Kamil Cəlilovun ifa etdiyi "Zəminxarə" muğamı Qara Yanvar hadisələri ilə sıx əlaqələndirilir. Kamil Cəlil oğlu Cəlilov 1938-ci il yanvarın 29-da Bakının Buzovna kəndində sadə bir zəhmətkeş ailəsində anadan olub. Atası Cəlil İkinci Dünya müharibəsində ayaqlarını itirmişdi. Əlil arabası ilə gəzirdi. Sənəti dülgərlik idi. Musiqiyə də xüsusi maraq bəsləyirdi.
Kamil Eynullayev
Kamil Müzəffər oğlu Eynullayev (12 dekabr 1932, Bakı – 1 may 1988, Bakı) — hücumçu mövqeyində çıxış etmiş sovet futbolçusu. Kamil Eynullayev 12 dekabr 1932-ci ildə Bakı şəhərində 6 uşaqlı ailədə anadan olmuşdur. Onu "Neftyanik"də köməkçi məşqçi işləyən İsay Abramaşvili kəşf edib. Yüksək sürətə və yaxşı zərbələrə sahib olan Kamil, 1957-ci ildə "Neftyanik"in əsas heyətinə götürülüb. Həmin mövsüm çempionatın B qrupunda 24 oyun keçirib, 4 qol vurub. Növbəti mövsümü Moskvanın "Lokomotiv" komandasında keçirən futbolçu, A qrupunda 6 oyun, SSRi Kubokunda isə 2 oyun keçirib. 1959-cu ildə, bir illik aradan sonra yenidən "Neftyanik"ə qayıdıb. 1959-1962-ci illər aralığında Bakı təmsilçisinin heyətində 90 oyun keçirib, 9 qol vurub. Kamil futbolçu karyerasını 1964-cü ildə Riqanın "Dauqava RVZ" komandasında başa vurub. Şəkər xəstəliyindən əziyyət çəkən Kamil Eynullayev, 1 may 1988-ci ildə Bakı şəhərində dünyasını dəyişib.
Kamil Həkimov