Kantabir sarmaşıq
Convolvulus cantabrica (lat. Convolvulus cantabrica) – sarmaşıqkimilər fəsiləsinin sarmaşıq cinsinə aid bitki növü. Hündürlüyü 15-60 sm, gövdəsi düzduran və ya yuxarıya doğru qalxan, bəzən sərilən,
əsasından budaqlanan, sıx və uzun qabarıq və ya qısa basıq tüklü çoxillik ot bitkisidir.
== Yarpaq ==
Yarpaqları boz-yaşıl rəngli, üst tərəfdən adətən çılpaqdır, alt tərəfdən basıqtüklüdür, bəzən uzun qabarıq tüklüdür, aşağıdakılar saplaqlıdır, uzunsov, əksinəneştərşəkilli və ya uzunsov-neştərvaridir, küt ucludur, orta və yuxarıdakı yarpaqlar oturaqdır və ya demək olar ki, oturaqdır, uzunsov-xətvaridir, sivri təhərdir.
== Çiçək ==
Çiçəkləri tək və ya 2-4 saydadır, kənar və ya təpə yarımçətirlərdə, uzun çox vaxt qabarıq çiçək oxu üzərindədir. Tac çəhrayıdır və kasacıqdan 2-3 dəfə uzundur.
== Meyvə ==
Qutucuq enli-yumurtaşəkillidir, yuxarı hissədə tüklüdür, kasacıqdan qısadır. Toxumları enli-yumurtaşəkillidir, tünd-qəhvəyi rəngdədir, uzunluğu 2,5-3,5 mm-dir.
== Çiçəkləməsi ==
May-İyul (Avqust)
== Meyvə verməsi ==
İyul-Sentyabr
== Azərbaycanda yayılması ==
Samur-Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, Kür-Araz oval., Kür düz., KQ şimal, KQ cənub, KQ mərkəzi, Lənk. oval., Lənk.