KARLI

sif.
1. Yararlı, işəyarar, karagələn. Karlı adam.
– Bu davada onlardan on nəfərdən çox karlı adam ölmüşdü. Qaçaq Nəbi”.
Tapançalardan hansı daha karlıdır? A.Şaiq.

// məc. Güclü, böyük, möhkəm, bərk, təsirli. Karlı yara. Karlı yumruq. Karlı söz. – Gec kəsər, karlı (z.) kəsər; Bir məzlumun ahı səni. ( Ata. sözü ).
2. Xeyirli, faydalı, qazanclı, istifadəli.
[Qədir:] Cibim boş, ümid yerim yox! Zəmanə şuluqluq, … bir karlı iş yox, filan yox! Mir Cəlal.

3. İşbacaran, işgüzar; daha bacarıqlı, daha işlək.
Həcərin karlı qardaşları vardı. Qaçaq Nəbi”.
[Rzaqulu:] …Bir azca hələ bəlkə mən ondan karlıyam da.
Nöşün o olsun, mən olmayım? N.Vəzirov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KARLI 1. KARLI, YARALI Ağaclar müxtəlifdir, barlı, barsız olurlar; İnsanlarçın yararlı, karlı, karsız olurlar (M
  • KARLI bacarıqlı — işgüzar — qabiliyyətli
  • KARLI xeyirli — sərfəli

Antonimlər (əks mənalı sözlər)

  • KARLI KARLI – ZƏRƏRLİ Zaman şuluqluq, qışqabağı bir karlı iş yox, filan yox! (Mir Cəlal); Zərərli işdir, mən ona qol qoya bilmərəm (“Azərbaycan”)
KARLAŞMAQ
KARLIQ

Digər lüğətlərdə