□ Karsazlıq etmək (eləmək) – 1) işə yaramaq, kömək etmək, yararlıq göstərmək, xeyri olmaq;
2) kömək etmək, yardım etmək.
[Məşədi Tağı:] …Allah qoysa, sizə çox-çox karsazlıq edəcəyəm, ancaq bir dəfə lazımınca səy eləyin.
O da kimə əlli manat, yüz manat barama vaxtına, buğda vaxtına, ya üzüm vaxtına pul karsazlıq eləyərdi.