KATİBLİK

is.
1. Katib vəzifəsini aparma. İlk təşkilat işlərini aparmaq üçün Abdulla Şaiq, Salman Mümtaz və məndən ibarət olan üçlük təşkil edilmişdi.
Katiblik mənim öhdəmə buraxılmışdı. A.Səhhət.

2. Hər hansı bir təşkilatın, idarənin təşkilat və icra mahiyyətində olan, cari işlərini aparan şöbəsi. Birləşmiş Millətlər Təşkilatının katibliyi.
// top. Bu cür şöbənin işçilər heyəti.
3. top. Protokol işlərini aparmaq, qərarlar hazırlamaq və s. üçün yığıncaqda, konfransda və s.-də seçilən şəxslərdən ibarət heyət. Nümayəndələr konfransın rəyasət heyəti və katibliyini seçdilər.
[Rza Qəhrəmani Firidunə:] Buyur, əzizi-mən, gör gələcəkdə yeni dövlətin vəziri olsan, məni katibliyə götürərsənmi? – deyə zarafat etdi. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KATİBLİK katiblik bax mirzəlik 1
KATİBƏ
KATOD
OBASTAN VİKİ
Katiblik
Katib – müəllif və ya başqa adamların xahişi ilə əsərləri gözəl xətlə yazan, yaxud hökmdarların, varlı ziyalıların sifarişi ilə əsərlərin üzünü köçürən şəxsdir. Şərqdə onlara – xoşnəvis, müstənsix, Qərbdə– kalliqraf, deyirdilər. Kitab çapı ixtira olunana qədər ədəbi əsərlərin qorunub yaşamasında və yayılmasında katiblərin mühüm xidməti olmuşdur. Katiblərin bir çoxu kitab üçün yazı ləvazimatı (qələm, mürəkkəb, rəng və s.) hazırlamış və əlyazma kitabına cild də çəkmişdir.

Digər lüğətlərdə