KAV

kav deyil:
(Cəbrayıl, Şərur, Füzuli, Laçın, Zəngilan)
hesabdan deyil, düz deyil. – Bı, kav də:l, biz gizdənəndə siz baxırdı͂:z (Zəngilan); – Bax, bı kav dəyil (Laçın); – Kavdı o. – Kav dö:l (Füzuli); – Kav dəyi, sən düz oynamırsan (Cəbrayıl)
KATTA-KATTA
KAVAL
OBASTAN VİKİ
Akiko Kavase
Akiko Kavase (川瀬晶子, Kavase Akiko, 13 iyul 1971, Tokio[d]) — Yaponiyanı təmsil edən sinxron üzgüçü. == Karyerası == Akiko Kavase Yaponiyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Akiko Kavase Olimpiadanın bürünc medalına sahib olub.
Ancela Kavanya
Ancela Kavanya (it. Angela Cavagna) — məşhur italyan müğənnisi, aparıcısı, aktrisası və modelidir. == Həyatı == Ancela Kavanya 6 iyun 1966-ci il tarixində İtaliya Genuya şəhərində doğulmuşdu. Bir neçə dəfə Genuya gözəllik müsabiqəsində 1-ci yeri tutmuşdur. 1980-cı illərdən başlayaraq musiqi səhnəsində ifa edir. Ancela Kavanya bir çox ölkələrin səhnələrində ayrıca konsert vermiş, "Playboy", "Penthouse" və digər jurnallarda böyük populyarlıq əldə etmişdir.
Ancelo Kavallaro
Angelo Cavallaro (it. Angelo Cavallaro; 11 aprel 1967, Kataniya, Siciliya) — İtalyan müğənni və musiqiçi. == Həyatı == 1981-ci ildə musiqiyə qədəm qoyan müğənninin 1998-ci ildə çıxardığı "Love Me" albomu 250.000-dən çox satışa imza ataraq beynəlxalq şöhrət qazanıb. Özünəməxsus təfsiri ilə italyan dilində xüsusilə latın melodiyalarını ifa edən müğənninin "Danzando Lambada" mahnısı səs-küyə səbəb olub.
Anibal Kavaku Silva
Anibal Antoniu Kavaku Silva (port. Aníbal António Cavaco Silva) — Portuqaliya siyasətçisi, Portuqaliya Respublikasının prezidenti (9 mart 2006 – 9 mart 2016), Portuqaliyanın baş naziri (6 noyabr 1985-ci ildən üzrə 28 oktyabr 1995-ci ilə qədər).
Antonio Xose Kavanilyes
Antonio Xose Kavanilyes (isp. Antonio José (Joseph) de Cavanilles (Cavanilles y Palop), kat. Antoni Josep Cavanilles i Palop, 16 yanvar 1745, Valensiya, İspaniya — 5 may 1804, Madrid, İspaniya) — İspaniya botaniki. == Təsnif etdiyi bitkilər == == Çap olunmuş əsas işləri == Observationes sorbe la historia natural, geografia, agricultura, población y frutos del regno de Valencia Por don Antonio Josef Cavanilles. En Madrid: en la Imprenta Real, 1795–1797 Arxivləşdirilib 2012-02-21 at the Wayback Machine Glosario de botánica en cuatro lenguas, 1795–1798 Descriptiones de varias plantas exoticas, 1799–1804 Elenchus plantarum Horti regii Madridensis, 1803 Géneros y especies de plantas demostradas en las lecciones públicas del año 1802.
Arpa Kavun
Sultan Müizəddünya vəl-Din Mahmud Arpa xan (? - ö. 1336) — Elxanilər dövlətinin 10-cu hökmdarı (1335-1336). == Həyatı == Arpa xan, Arıq Buğanın nəslindən olub, ailəsi 1308-ci ildə Elxanilər dövlətinə gəlmişdi. Əbu Səidin ölümündən sonra vəzir Qiyasəddin Məhəmmədin himayəsi altında elxanlığa yiyələnmişdi. O, 5 dekabr 1335-ci ildə Qarabağda taxta çıxmışdı. == Hakimiyyəti == Sultan Əbu Səidin ölüm xəbərini almış Özbək xan yenidən Azərbaycana soxuldu və Kür çayına qədər irəlilədi. Arpa xan, 45 gün qızılordalılarla vaxtaşırı vuruşaraq düşməni ölkədən qovmağa nail oldu. Hakimiyyətə gəldikdən sonra Sultan Satıbəy xatunla evlənmişdi. Əmir Həsənə əmir-i ulus titulu verilmişdi.
Bonaventura Kavalyeri
Bonaventura Kavalyeri (ing. Bonaventura Cavalieri, 1598[…], Milan – 30 noyabr 1647[…], Boloniya) — İtaliya riyaziyyatçısı; sahələrin və həcmlərin hesablanması üçün "bölünməyənlər" üsulunu yaratmışdır; bu üsul inteqral hesabının formalaşmasına kömək etmişdir.
Böyük üçlük (Klivlend Kavalers)
Böyük üçlük(Big three) Klivlend Kavalers komandasında 2014-2015 sezonundan 2016-2017 sezonuna qədər çıxış etmiş və dəyişməz qalan triodur. Üçlüyün üzvləri Kayri İrvinq, LeBron Ceyms və Kevin Lavdır. Onlar demək olar ki, hər oyunda əsas heyətdə olurdular və komandanın əsas güc mənbəyi idilər. Böyük üçlük komandaları ilə 3 dəfə NBA finalına çıxmışdılar ki, buna 2016-cı ildə final oyununda qalibiyyət də daxil idi. Klivlenddə Böyük üçlük erası 22 avqust 2017-ci ildə, Kayri İrvinqin Boston Seltiksə transferi ilə başa çatdı.
Caesalpinia kavaiensis
Caesalpinia kavaiensis (lat. Caesalpinia kavaiensis) — paxlakimilər fəsiləsinin sezalpiniya cinsinə aid bitki növü.
Cunci Kavano
Cunci Kavano (d. 11 iyul 1945) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Cəfər Kavian
Cəfər Məhəmmədəli oğlu Kavian (Kaviani, Məmmədzadə) (1895, Təbriz – 1975, Bakı) — Cənubi Azərbaycan Milli hökumətinin müdafiə naziri, general-mayor == Həyatı == Cəfər Məmmədzadə Cənubi Azərbaycan milli hökumətinin müdafiə naziri idi. İlk gəncliyindən gizli inqilabi işə qoşulduğundan o, iki adla fəaliyyət göstərmişdir. Gəncliyində onun gizli adı Məşədi idi, Cənubi Azərbaycan milli hökumətinin milli qoşunlar vəziri olanda isə general Cəfər Gavian kimi tanınmışdı. Onun atası Təbriz yaxınlığındakı Sağalan(Səhlan) kəndindən idi. Səttarxan hərəkatı başlananda Sağalanlı Məhəmmədəli kişi böyük qardaşı İsrafillə mücahidlərin sırasına qoşuldu.O, oxumaq, yazmaq öyrəndi. Səttarxanın tanınmış mücahidlərindən biri və gizli inqilabi hərəkatın məşvərətçisi oldu. Səttarxan 1910-cu il aprelin on beşində Tehranda böyük təntənə ilə qarşılananda mücahidlərlə birgə çəkdirdiyi şəkildə – ön cərgədə Sağalanlı Məhəmmədəli kişi də vardı. Səttarxanın azadlıq hərəkatı İran hakimləri tərəfindən yatırıldıqda, Sağalanlı Məhəmmədəli də həbsə atıldı. Həbsdən azad olandan bir az sonra çəkdiyi işgəncələrdən vəfat etdi. Məhəmmədəli Səhlanlının obrazı Makulu Pənahinin "Səttarxan" romanında öz əksini tapmışdır.
Cəmil Kavukçu
Cəmil Niftaliyev (türk. Naza Cəmil; 1951) — hekayə və roman yazarı. == Həyatı == 1951-ci ildə Türkiyədə anadan olub. == Yaradıcılığı == Yaradıcılığa 1980-ci illərdən başlayıb. "Bazar günəşi" adlanan ilk hekayələr kitabı 1983-cü ildə çap olunub. "Dönüş" və başqa romanların müəllifidir. Hekayələrində əsasən sadə insanların həyatından bəhs olunur.
Derəfş Kavyani
Derəfş Kavyani (fars. درفش کاویانی‎) — qədim zamanlardan Sasani imperiyası süqutuna qədər istifadə edilən İran kral derəfşi. Ərəblərin İranı zəbt etməsi prosesində Sasanilərin məğlubiyyətindən sonra bayraq müəyyən bir Zerər bin Xəttab tərəfindən bərpa edilmiş, bunun üçün 30 min dinar almışdır. Xəlifə Ömər bayraqdan bütün qiymətli daşlar çıxarıldıqdan sonra onun yandırılmasını əmr etmişdir. Bayraq həmçinin, "Cəmşid ştandartı" (Drəfş-i Cəmşid, درفش جمشید), "Firidun ştandartı" (Drəfş-i Freydun, درفش فریدون) və "Kral ştandartı" (Drəfş-i Kəyi, درفش کیی) adlandırılmışdır. İsveç tarixçisi Stiq Vikander bayrağın həm də zərdüştilik dininə mənsub bir qrup "Avesta" döyüşçüləri və rahibləri tərəfindən daşındığını iddia etmişdir. "Derəfş Kavyani"nin Parfiya dövründə İranın dövlət bayrağı olduğunu da sübut etmişdir. == Mənşəyi == Ştandartın şər hökmdarı Zəhhaka qarşı üsyan edən mifik qəhrəman Dəmirçi Kave ilə əlaqəsi də qeyd olunur. "Şahnamə" dastanında Zəhhak qəddar ərəb tiran hökmdarı kimi bəhs edilir, Kave xalqı üsyana çağırır, dəridən hazırlanmış öz dəmirçi önlüyündən bayraq kimi istifadə edir və onu nizəyə bağlayır. Müharibə başa çatdıqdan sonra Zəhhak devrilir və taxt padşah Firiduna keçmişdir.
Dəmirçi Kave
Dəmirçi Kave (fars. کاوه آهنگر‎ - Kaveh Ahangar) — fars mifologiyasında mərhəmətsiz hökmdar Zöhhaka qarşı üsyan edən mifoloji qəhrəman. Kave haqqında əfsanə Əbülqasım Firdovsinin Şahnaməsində nəql edilir. Hekayənin digər baş qəhrəmanı olan Zöhhak həm Avestada, həm də antik dövr fars mifologiyasında yarı şeytan Babil çarı kimi təqdim edilir. Firdovsinin hekayəsində isə Zöhhak tiran kimi təqdim olunur və milliyyətcə ərəbdir, dəmirçi Kave isə ona qarşı xalq üsyanına rəhbərlik edir. O, öz dəmirçi önlüyünü nizənin ucuna taxaraq üsyançıları bu bayraq altında İranın birinci əfsanəvi hökmdarlar sülaləsi olan Peşdadilərin qanuni varisi Fəridunun yanına gətirir. Fəridun Kavenin bayrağını rifah bayrağı kimi qəbul edərək onu qızıl dördguşəli ulduzla, qiymətli daşlar və qırmızı, sarı, bənövşəyi rəngdə lentlərlə bəzəyir və onu "Dirəfşi Kaviyani" adlandırır. Bayrağın üzərindəki dördguşəli ulduz isə "Axtari Kaviyan" (Kavenin ulduzu) adlanır. "Dirəfşi Kaviyan" İranın ikinci əfsanəvi hökmdarlar sülaləsi olan Kəyyanilər sülaləsinin bayrağına çevrilir. Daha sonralar isə Arşakilər (e.ə.250 — 224) və Sasanilər (224 — 651) sülalələrinin dövründə İranın dövlət bayrağı kimi qəbul edilir.
Edinson Kavani
Edinson Kavani (isp. Edinson Roberto Cavani Gómez) — Uruqvaylı futbolçu. İspaniyanın Valensiya klubunun və Uruqvay Milli futbol komandasının oyunçusu. == Həyatı == Edinson Roberto Kavani Qomez 2 fevral 1987-ci ildə Uruqvayın Salto şəhərində anadan olmuşdur. Qardaşları Kristian Kavani və Azərbaycan Premyer Liqasının bombardiri olmuş Valter Quqlemon da futbolçu olublar. Yaşca qardaşlarından kiçik olan Kavaninin karyerası daha uğurlu alınıb. Uşaqlıqdan həyatında çətinlik çəkən Kavani həmin günləri belə yada salır: "Ailəmin mənə "Cola" ala biləcək qədər pulu yox idi. Gündəlik xərclərə, qida və paltara olan tələbatımızı güclə ödəyirdik".Erkən yaşlarından futbola olan marağı və həvəsi atası tərəfindən diqqətsiz qalmır. Ailə başçısı şəxsi münasibətləri hesabına oğlunu "Danubio"nun uşaq futbol məktəbinə yazdırır. == Klub karyerası == === Danubio === 18 yaşında "Danubio"nun əsas komandasında debüt edir.
Emilio de Kavalyeri
Emilio De Kavalyeri (it. Emilio de' Cavalieri; 1550[…], Roma – 11 mart 1602[…] və ya 1602, Roma) — italyan bəstəkar, "Ruh və bədən haqqında təsəvvür" (it. La Rappresentazione di anima е di corpo; 1600) adlı ilk oratoriyanın müəllifi, bəziləri bu əsəri ilk opera da hesab edirlər. == Həyatı == O, Roma şəhərində zadəgan və musiqi sevən ailədə anadan olmuşdur, onun atası Tommazo De Kavalyeri Mikelancelonun yaxın dostu idi. 1578–1584-cü illər dövründə orqan çalan işləyirdi və Roma kilsələrində konsertlər təşkil edirdi. 1580-ci illərdə Kavalyeri kardinal I Ferdinand Mediçi ilə işləməyə başladı, sonradan kardinal musiqiçinin çoxillik himayədarı və sponsoru oldu. 1587-ci ildə Mediçi "Böyük Toskana Hersoqu" titulunu əldə etdikdən sonra, Kavalyeri 1588-ci ildə müdiri ilə birlikdə Florensiyaya köçdü. Burada bəstəkar Covanni Bardi ilə tanış oldu (və yəqin ki, əməkdaşlıq etməyə başladı), Mediçi ailəsinin təntənəli mərasimləri və digər kütləvi tədbirləri üçün hazırlanan musiqi tərtibatına görə cavabdeh idi. 1590-cı illərdə Kavalyeri bir neçə pastoral və 1597-ci ildə Mərsiyələr Kitabına aid əsər yazdı. Kavalyeri həmçinin siyasətlə də məşğul olurdu.
Ero kavaiy
Ero kavayi (エロ可愛い, əd. "erotik şirin") və ya erokava — populyar "şirinliyin" (kavaiy) əksinə Qərbin cinsəllik anlayışlarını özündə əks etdirən Yaponiya subkulturası. 2005-ci ildə ortaya çıxan termin "ero" ("erotik" sözünün qısaltması) və "şirin" mənasını verən "kavayi" sözlərinin birləşməsindən əmələ gəlmişdir.. == Tarix == Ero kavayi termini ilk dəfə Kumi Koda adlı müğənni tərəfindən istifadə olunmuşdur. Kumi Koda bu sözdən öz stili təsvir etmək üçün istifadə etmişdi.
Ero kavayi
Ero kavayi (エロ可愛い, əd. "erotik şirin") və ya erokava — populyar "şirinliyin" (kavaiy) əksinə Qərbin cinsəllik anlayışlarını özündə əks etdirən Yaponiya subkulturası. 2005-ci ildə ortaya çıxan termin "ero" ("erotik" sözünün qısaltması) və "şirin" mənasını verən "kavayi" sözlərinin birləşməsindən əmələ gəlmişdir.. == Tarix == Ero kavayi termini ilk dəfə Kumi Koda adlı müğənni tərəfindən istifadə olunmuşdur. Kumi Koda bu sözdən öz stili təsvir etmək üçün istifadə etmişdi.
Eyci Kavaşima
Eyci Kavaşima (20 mart 1983) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 71 oyun keçirib.
Fernanda Kavaliyeri
Fernanda Kavaliyeri (d. 28 avqust 1985) — Braziliyanı təmsil edən bədii gimnast. Fernanda Kavaliyeri 2004-cü ildə Braziliyanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Fernanda Kavaliyeri 2004-cü ildə Braziliya bayrağı altında Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında кomanda yoldaşları Ana Mariya Masiel, Dayana Kamilo, Jennifer Oliveyra, Larissa Barata və Tayanne Mantovaneli ilə birgə finalda 44.400 xal topladı və 8-ci yeri tutdu.
Françesko Kavalli
Françesko Kavalli (14 fevral 1602[…], Krema[d], Kremona əyaləti – 14 yanvar 1676[…], Venesiya) — əsl adı Pietro Françesko Kaletti-Bruni olan və erkən barokko dövrünə aid olan italyan bəstəkarı. Kavalli əslində bəstəkarın ağası Federiko Kavalliyə soyadı idi. Kavalli dövründə İspaniyaya məxsus olan Lombardiya əyalətinin Krema şəhərində anadan olmuşdu. 1616-cı ildən bəri Venesiyanın Müqəddəs Mark bazilikasında əvvəl ifaçı, sonra orqanist sonra da kapellanın rəhbəri kimi çalışmışdı. Kavalli əsasən opera bəstəkarı kimi tanınmışdı. İlk opera bəstəsini ("Le nozze di Teti e di Peleo") 1639-cu ildə, Venesiyanın ilk opera evi San-Kassiano teatrının açılmasından bir qədər sonra yazmışdı. 1660–1662-ci illərdə Parisa təcrübəyə göndərilmiş və orada "Ercole amante" operasını yazmışdı. 1676-cı ildə Venesiyada 72 yaşında vəfat etmişdi. Kavalli bəstələrinə melodik ariyalar, librettolarına isə xalq musiqisi nümunələrini daxil edirdi. Onun operaları güclü dramatik effektç böyük musiqi asanlığı və italyan operasına xas olan qroteskli yumor ifadə edir.
Henri Kavendiş
Henri Kavendiş (10 oktyabr 1731[…], Nitsa, Sardiniya krallığı – 24 fevral 1810[…], London) – ingilis alimi. == Həyatı == 1731-ci ildə anadan olmuşdur. 1766-cı ildə saf halda hidrogen almışdır. Alim əvvəl hidrogeni yüngüllüyünə görə flogiston kimi qəbul etmişdir. 1810-cu ildə vəfat edib. Kavendiş, araşdırmalarında atmosfer havasının tərkibinə, müxtəlif qazların xüsusiyyətlərinə, suyun sintezinə böyük dəqiqliyi və həssaslığı üçün fərqlənmişdir , elektrik cazibə və itələyici tənzimləyən qanun, istilik mexanik nəzəriyyəsi və Yerin sıxlığının (və dolayısı ilə kütləsinin) hesablamaları. Yerin sıxlığını ölçmək üçün onun təcrübəsi Kavendiş eksperimenti kimi tanındı.
Henri Kavill
Henri Uilyam Delqlayş Kavill (ing. Henry William Dalgliesh Cavill; d:5.5.1983) — Britaniyalı aktyordur. Henri kino karyerasına 2001-ci ildə Laquna filmi ilə başlayıb. 2002-ci ildə Albert Mondeqo rolu ilə Monte Kristonun Hesablaması filmi ilə başlayıb. daha sonra o BBC kanalında yayımlanan İnspektor Linli Misteries, Midsomer Qatilləri və Tudors seriallarında, həmçinin Tristian və İzolde, Ulduz Tozu və Ölümsüzlər kimi filmlərdə çəkildi. == Həyatı == Henri Britaniyanın Kanal Adalarının Cersi adasında dünyaya gəlib. Anası Marianna bankda katib, atası Kolin isə birjaçı idi. Onun dörd qardaşı var. İngiltərədə Stowe School adlı məktəbə başlamazdan əvvəl Cerseydəki St. Michael's Preparatory School məktəbində təhsil alıb.
Huşəng ibn Kavus
Huşəng ibn Kavus – Şirvanşahlar dövlətinin otuz üçüncü hökmdarı, Şirvanşah Kavus ibn Keyqubadın oğlu. == Hakimiyyəti == Huşəng Şirvanda 1372-ci ildən hakimiyyətə başlamışdır. Bu vaxta qədər o, sultan Üveysin yanında girov saxlanılırdı. Huşəng də, atası kimi icazəsi ilə Şirvanşah taxtına sahib olduğu Üveyslə dostluq münasibətləri saxlayırdı. Belə ki, Kavusun ölüm xəbərini eşidən sultan Üveys özü atasının taxtını tutmaq üçün Huşəngi Şirvana göndərmişdi. Huşəngin hakimiyyəti sultan Üveysin oğlanları Hüseyn və Əhmədin hökmranlıq dövrünə təsadüf etmişdir. Şeyx Üveys h.776 (1374)-cı ildə, Kavusdan iki il sonra ölmüşdür. Onun ölümündən sonra oğlanları və digər iri feodallar – Azərbaycan əmirləri arasında çəkişmə başladı. Bu mübarizə nəticəsində Müzəffərəddin Şah Şüca h.777 (1375/6)-ci ildə bir neçə aylığa Cənubi Azərbaycanı tutaraq qardaşı oğlu Şah Mansuru qoşunla Şirvana və Muğana göndərdi. Mənbələrin verdiyi məlumata , görə, Şirvanşah onunla vuruşmaqdan vaz keçmiş və itaətkarlıq göstərmədən Şirvanı tərk etmişdi.
Kamillo Kavur
Kamillo Kavur (10 avqust 1810- 6 iyun 1861, Torino), İtalyan dövlət xadimi, beynəlxalq və inqilabçı hərəkatlardan yararlanaraq Savoyya sülaləsi idarəsində İtaliyanın birliyini yaradan və yeni krallığın ilk baş nazırı olan Piyemontlu mühavizəkar dövlət adamı. == Ailəsi və gənclik dövrü == Köklü bir keçmişi olan Kavurlar nəsli 16-cı əsrdən başlayaraq əsgər və məmur olaraq Savoyya sülaləsinə xidmət etmişdir. Kamillonun Cenevrə doğumlu və Kalvinist olan anası, dövrün bütün siyası, dini və toplumsal cərəyanlarına açıq bir şəhər olan Cenevrənin abu-havasını ailəyə gətirərkən, atası Michele də, köhnə rejimlə əlaqələri ilə əlaqədar Fransız Burjua İnqilabı ilə nüfuzu təhlükə altına girən ailənin Napaleon dövründə yenidən seçkin bir pilləyə gətirmişdi. Kavur, 10 yaşında Turin Hərbi Akademiyasına qəbul oldu. Ailənin kiçik oğlu olaraq miras gözləntisi olmadığından, qarşısındakı tək yol Savoyya və Piyemont şahzadəsi Karl Albertin qoruyuculuğu altında parlaq bir məqama çatmaq idi. Hələ tələbəlik illəri zamanı siyası düşüncələrə maraq hiss etməyə başladı. 1821-ci ildəki məşrutiyyətçi Piyemont inqilabının hərbi tələbələrə qədər yayılan azadlıq və milli yönlərindən təsirləmdi. Ailə içindəki söhbətlər zamanı Burbonlar sülaləsinin yenidən hakimiyyətə keçdiyi Fransadakı daxili siyasi dəyişikliklər, Osmanlı idarəsinə qarşı Yunan üsyanı, Rusiyadakı Dekabrist qiyamı kimi dövrünün mövzularını yaxından izlədi. Bencamin Franklin, Piyemont inqilabının məşjur lideri və uzaq qohumu Santorre de Santarosa kimi insanlara duyduğu simpatiya coşqulu bir şəkildə üzə vurmağa başladı. Özündən üç yaş böyük bir hərbi tələbə olan Baron Severino Kassionun təsiri ilə vətənpərvər və millətçi cərəyanlara yönəldi.
врастя́жку вы́тачать динамо́метр зава́лка и́но Кашта́н просу́шка снотво́рно я́годничать грибова́рня щук accumbent blanching crape-hanger fire bomb hammer-test machine-gun orthoscopic perfervid sloven waning воссоздаться жмёшь напускной раскутаться