KAVİ

ə. yağıntı, yağmur.

KATİMÜLƏSRAR
KAVİŞ
OBASTAN VİKİ
Cəfər Kavian
Cəfər Məhəmmədəli oğlu Kavian (Kaviani, Məmmədzadə) (1895, Təbriz – 1975, Bakı) — Cənubi Azərbaycan Milli Hökumətinin müdafiə naziri, general-mayor == Həyatı == Cəfər Məmmədzadə Cənubi Azərbaycan milli hökumətinin müdafiə naziri idi. İlk gəncliyindən gizli inqilabi işə qoşulduğundan o, iki adla fəaliyyət göstərmişdir. Gəncliyində onun gizli adı Məşədi idi, Cənubi Azərbaycan milli hökumətinin milli qoşunlar vəziri olanda isə general Cəfər Gavian kimi tanınmışdı. Onun atası Təbriz yaxınlığındakı Sağalan (Səhlan) kəndindən idi. Səttarxan hərəkatı başlananda Sağalanlı Məhəmmədəli kişi böyük qardaşı İsrafillə mücahidlərin sırasına qoşuldu. O, oxumaq, yazmaq öyrəndi. Səttarxanın tanınmış mücahidlərindən biri və gizli inqilabi hərəkatın məşvərətçisi oldu. Səttarxan 1910-cu il aprelin on beşində Tehranda böyük təntənə ilə qarşılananda mücahidlərlə birgə çəkdirdiyi şəkildə – ön cərgədə Sağalanlı Məhəmmədəli kişi də vardı. Səttarxanın azadlıq hərəkatı İran hakimləri tərəfindən yatırıldıqda, Sağalanlı Məhəmmədəli də həbsə atıldı. Həbsdən azad olandan bir az sonra çəkdiyi işgəncələrdən vəfat etdi.
Henri Kavill
Henri Uilyam Delqlayş Kavill (ing. Henry William Dalgliesh Cavill; d:5.5.1983) — Britaniyalı aktyordur. Henri kino karyerasına 2001-ci ildə Laquna filmi ilə başlayıb. 2002-ci ildə Albert Mondeqo rolu ilə Monte Kristonun Hesablaması filmi ilə başlayıb. daha sonra o BBC kanalında yayımlanan İnspektor Linli Misteries, Midsomer Qatilləri və Tudors seriallarında, həmçinin Tristian və İzolde, Ulduz Tozu və Ölümsüzlər kimi filmlərdə çəkildi. == Həyatı == Henri Britaniyanın Kanal Adalarının Cersi adasında dünyaya gəlib. Anası Marianna bankda katib, atası Kolin isə birjaçı idi. Onun dörd qardaşı var. İngiltərədə Stowe School adlı məktəbə başlamazdan əvvəl Cerseydəki St. Michael's Preparatory School məktəbində təhsil alıb.
Enriko Kavilya
Enriko Kavilya (it. Enrico Caviglia; 4 may 1862 – 22 mart 1945) – İtaliya dövlət xadimi və İtaliya ordusunun zabiti. Rus-yapon müharibəsinə hərbi müşahidəçi qismində qatılmışdır. == Həyatı == Enriko Kavilya 1862-ci ildə Savona əyalətinin Finale-Liqure kommunasında doğulmuşdur. Turin şəhərində yerləşən hərbi akademiyada təhsil almış, 1884-cü ildə artilleriyada hərbi xidmətə başlamışdır. Əvvəlcə 1888–1889-cu illərdə, daha sonra 1896–1897-ci illərdə Eritreyada hərbi xidmət göstərmişdir. 1903-cü ildə mayor rütbəsinə yüksəlmişdir. 1903-cü ildə Rus-yapon müharibəsini Yaponiya tərəfdən müşahidə etmək üçün Mancuriyaya göndərilmişdir. 1911-ci ilə qədər Şərqi Asiyada qalmış, Tokio və Pekində İtaliyanın hərbi ateşesi kimi fəaliyyət göstərmişdir. Asiya qitəsini at belində keçərək İtaliyaya qayıtmış və 1912-ci ildə Liviya hərəkatında döyüşmüşdür.
Kaviria
Kaviria (lat. Kaviria) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi.
Kaviria tomentosa
Kaviria tomentosa (lat. Kaviria tomentosa) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin kaviria cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN A2c+3c; B2ab (i,ii, iii, iv, v). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Gövdəsi və yarpaqları uzun və bozumtul tüklərlə örtülü olan, əsasından güclü budaqlanan, 20-50 sm hündürlükdə yarımkolcuqdur. Yarpaqları 15 mm uzunluqda, 1-2 mm enində, xətvari, yarımsilindrikdir. Çiçəkyanlığının yarpaqcıqları bitişikdir, düz, uzun tüklərlə örtülüdür. Meyvələmədə çiçəkyanlığı ilə birlikdə 6-8 mm dimaetrində olan narıncı, sonradan qaralan, qanadları böyrəkvari və ya tərs-yumurtavaridir. Tozluğu lansetvari, yumşaq, tezqopan, çıxıntılıdır. Dişicik ağzı demək olar ki, sütuncuğa bərabər, bizvaridir.

Digər lüğətlərdə