KEÇİD

is.
1. Bir yerdən başqa yerə keçmək üçün yol; keçəcək, keçiləcək yer. Dağ keçidi (iki dağ arasında olan dar boğaz). Çay keçidi (çayın at ya ayaqla keçilə bilən nisbətən dayaz yeri). – Keçid başından bəlli olar. ( Ata. sözü ).
[Əmiraslan ağa:] Heydər bəy! …Uçurum dərəsinin keçidini kəs! S.S.Axundov.
Keçidlərdə baş-başa verən adamlar isə əlləri ilə aşağıları göstərərək bir-birinə nə isə deyirdilər. A.Şaiq.

2. Bir vəziyyətdən (keyfiyyətdən) başqa vəziyyətə (keyfiyyətə) keçmək üçün olan; aralıq. Keçid dövrü. Keçid mərhələ.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KEÇİD 1. KEÇİD, ARA, ARALIQ 2. keçid bax bərə I
  • KEÇİD aşırım
KEÇİCİLİK
KEÇİDLİ

Digər lüğətlərdə