◊ Kef(də)-damaqda olmaq – bax kefdə olmaq (“kef”də).
O vaxt xanların dəmi hələ saz idi, xanlar gələcəklərini bilməyib, öz keflərində-damaqlarında idilər.
Kefə-damağa baxmaq – bax kefə baxmaq (“kef”də).
Əziziyəm bu dağa; Bu bağçaya, bu dağa; Aş barıdan, dolan gəl; Baxaq kefədamağa. ( ).
Kefi-damağı kökəlmək – bax kefi kökəlmək (“kef”də).
…Biləndər dilləndiyi zaman, Səməndər kefi-damağı kökəlmiş halda ucadan güldü.