KELTLƏR

cəm. Qədim zamanlarda Qərbi Avropada yaşamış tayfalardan biri.
□ Kelt dilləri – Hind-Avropa dilləri ailəsi qruplarından biri.
KEQL₁
KENQURÚ
OBASTAN VİKİ
Keltlər
Keltlər — qədimlərdə Şimali İtaliya, Qalliya, İspaniya, Britaniya , İrlandiya və Fransada (Qərbi Avropa) məskunlaşan çoxsaylı tayfalar. Yunanlar onları "keltlər", romalılar — "qallar", sonralar Kiçik Asiyaya soxulmuş keltləri isə "qalatlar" adlandırmışlar. Kelt tayfaları nəsli icma ilə yaşayırdılar. Romanın Şimali İtaliyanı, Qalliyanı və İspaniyanı tutmasından sonra bu vilayətlərin kelt əhalisi romalı köçkünlərlə qaynayıb-qarışaraq müvafiq olaraq qall-Roma və qall-ispan xalqlarını əmələ gətirmişlər. Romalılar tərəfindən tutulmuş Britaniyada isə Romanın təsiri zəif olmuşdur. == Kelt mifologiyası və folkloru == Kelt mifologiyasına kelt politeizminin, yəni kelt çoxtanrılığının mifologiyası da deyilir. Kelt politeizmi dəmir dövründə yaşayan keltlərin dini idi. Kelt tayfalarında Gallar və İber yarımadasındakı keltlər daha sonra Roma imperatorluğunun tərkibinə keçmiş, lakin öz dinlərini və inanclarını qoruyub saxlaya bilməmişdir. Xristian olmuş və dillərini də itirmişlər. Keltlərin mifologiyası ilə bağlı görüşlər günümüzə roma və xristian mənbələri vasitəsilə çatmışdır.

Digər lüğətlərdə