KİLİT

(Qax, Quba, Kürdəmir, Şərur, Ordubad)
1. açar (Kürdəmir, Ordubad). – Kilitnən qıfılı açıllar (Ordubad)
2. qapıya daldan keçirilən uzun dəmir (Qax, Quba). – Qapının kilidin vur (Quba)
KİLİNCAN
KİLİTKAN
OBASTAN VİKİ
Kilit
Kilit — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. == Coğrafi mövqeyi == Rayonun mərkəzindən 16 km cənub şərqdə, Naxçıvan-Bakı dəmir yolunun sol tərəfində, Zəngəzur silsiləsinin ətəyindədir. == Tarixi == Zaqafqaziya MİK-in 1929-cu il 18 fevral tarixli qərarına əsasən Ordubadın Qorçevan kəndində Naxçıvan MSSR-in 9 kəndi sırasında əkin yerləri və otlaqları ilə birlikdə qanunsuz olaraq Ermənistan SSR-ə birləşdirildi. Bundan əlavə Qorçevan ermənilərin hələ 1921-ci ildən icarəyə götürdükləri, 1923-cü ildən zorakılıqla sahibləndikləri Kilit kəndi torpaqlarının bir hissəsi də bu respublikaya qatıldı. 1992-ci ildə erməni silahlı quldurlarının basqınları nəticəsində əhalisi Ordubad rayonunun müxtəlif yerlərinə köçmüşdür. Hər tərəfdən sıldırım yamaclı dağ və dərələrlə əhatə olunan Kilit kəndinin cənub şərqində karst mağarası mövcuddur (mağaranın dəhliz və salonlarında stalaktik və stalaqmitlər var). Mağaraların girəcəyində aşkar edilmiş mədəni təbəqə qalıqları onların qədim insan məskənləri olduğunu göstərir. Kilit yaxınlığında Ül dərəsi adlı yerdə orta əsrlərə aid yaşayış yerinin qalıqları və qəbir abidələri aşkar edilmişdir.
Kilit dili
Kilit dili — bu ölmüş dil Hind-Avropa dil ailəsinin İran dil qrupunun şimal-qərb alt qrupunda sinifləndirilmişdir. Adını XX əsrin əvvəllərinə qədər mövcud olmuş Naxçıvanın Kilit sahəsi Ordubad rayonunun Kilit kəndindən gəlir. Kilit dili indi ölmüş İran dil qrupu Aşarın nəslindən və müasir talış dilinin ən yaxın qohumu idi. Bu dildən istifadə Sovet dönəmində kəskin olaraqda azalmışdır. 1992-ci ildə Dağlıq Qarabağ müharibəsinin başlaması ilə birlikdə kəndin Ermənistan respublikası ilə sərhəd ərazidə yerləşməsi və ermənilərin etdikləri basqınlar nəticəsində kənd əhalisinin digər ərazilərə köçməsi bu dilin tamamilə yox olmasına gətirib çıxarmışdır.
Kilit mağarası
Kilit mağarası — mağara qədim insanların daş dövrünün Neolit epoxasında yaşayış yeri olmuşdur. Mağara Ordubad rayonunun Kilit kəndi ərazisində yerləşir. Araz çayının sol sahilinə yaxın qərarlaşır. Zəngəzur silsiləsi cənub-qərb yamacını təşkil edən karbonatlı süxurlarda 2,5 m-dir. Mağara içərilərinə doğru 10-cu metrdə sağ 4 m, sol isə 10 m olmaqla iki qola ayrılır. Ümumi uzunluğu 24 m olan mağaranın dəhliz və salonlarında stalaqdit və stalaqmitlər müşahidə edilir. Divarları kalsit iynələri ilə örtülüdür. Mağarada aşkar edilmiş mədəni təbəqə onun qədim insanların məskəni olduğunu göstərir. Mağara 1983-cü ildə Ordubad və Şərur rayonu ərazilərində aparılan arxeoloji qazıntılar zamanı kəşf edilmişdir. Burada əmək tipli alətlər aşkarlanmışdır.
Kilit piri
Kilit piri — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kilit kəndindən cənubdada, təpənin üzərində ziyarətgah. Girişi şərqdəndir. Dördkünc formalı kiçik binadan ibarətdir. Divarında kiçik dördkünc formalı taxçalar var. Taxçalarda orta əsrlərə aid çıraqlar qoyulmuşdur. Pirin mərkəzi hissəsində bir qəbir var. Araşdırmalar zamanı pirin ətrafından orta əsrlərə aid keramika məmulatı aşkar olunmuşdur.
Kilit Monsonit yatağı
Kilit Monsonit yatağı- Ordubad rayonu ərazisində,Kilit kəndindən 2 kilometr şimal-şərqdə Kilit çayının sağ sahilindədir.Geoloji quruluşunda Mehri-Ordubad plutonunun monsonit fazasının süxurları təşkil edir.Faydalı qat xırda və orta dənəli,boz və tünd-boz rəngli kvarslı monsonitdən təşkil olunmuşdur.Sahəsi 0.03 kvadrat kilometr,faydalı qatın öyrənilmiş qalınlığı 50-90 metrdir.Monsonit yüksək dekorativliyə malik olub,üzlük daşı kimi köbə(bordyur) və binaların fasad hissələrinin tikintisində,abidələrin hazırlanmasında istifadə oluna bilər.Yatağın sənaye ehtiyatı 1260.1 min kub metrdir.

Digər lüğətlərdə