Kimyəvi elementlərin dövri cədvəli
Kimyəvi elementlərin dövri sistemi — elmə məlum olan bütün elementləri müəyyən bir nizama görə təsnifləşdirən və araşdırmağı asanlaşdıran bir sistemdir. İlk olaraq 1867-ci ildə Con Nyuland elementləri artan atom kütlələrinə görə sıralamış və bir elementin özündən sonrakı səkkizinci elementlə bənzər xüsusiyyətlərə malik olduğunu göstərən Oktavalar qanununu ortaya qoymuşdu.
Daha sonra 1869-cu ildə Dmitri İvanoviç Mendeleyev, bənzər xüsusiyyətlər daşıyan elementləri arxa-arxaya düzdüyündə, atom kütləsinə dayanan bir cədvəl əldə etmiş və o zamanlar bilinməyən bəzi elementlərin (skandium, qallium və germanium kimi) varlığını, hətta xüsusiyyətlərini təxmin edə bilmişdi.
Lotar Meyer adlı tədqiqatçı da, 1886-cı ildə, Mendeleyevdən müstəqil olaraq, atom kütlələrinə görə bir dövri cədvəl meydana gətirmiş və valentlik anlayışını ortaya atmışdı. İndiki vaxtda istifadə etdiyimiz cədvəl, yeni elementlərin də yerləşdirilə bilməsinə imkan tanıyan Mendeleyevin Kimyəvi elementlərin dövri cədvəlidir. Ancaq ilk halından fərqli olaraq, elementlər atom kütləsinə deyil, atom nömrəsinə görə sıralanmışdır. Buna görə dövri cədvəldə, soldan sağa və yuxarıdan aşağıya doğru atom nömrəsi artır. Sıxlıqla, buna paralel olaraq nisbi atom kütləsi də artım göstərir. Cədvəldəki üfüqi sıralar dövri cədvəl olaraq adlandırılır. Bir elementin dövri cədvəl nömrəsi, o elementin sahib olduğu elektronların olduğu ən yüksək enerji səviyyəsini göstərir.