KOMİSSARLIQ

is. Başında komissar duran idarə, orqan.
Nə məhəlli komitə, nə ittifaq, nə də əmək komissarlığı [Zeynalın] tamamilə işdən xaric edilməsinə əsas etibarı ilə etiraz edə bilməyirdilər. S.Hüseyn.
Komissarlıqdan yazıb, baş mühəndis vəzifəsinə təyin üçün namizəd istəyirdilər. Mir Cəlal.
Qulamın yanına onunla eyni komissarlıqda işləyən bir işçi gəlmişdi. Ə.Əbülhəsən.

□ Xalq komissarlığı tar. – Azərbaycanda sovet dövründə dövlət idarəsi sahələrindən birinə rəhbərlik etmiş mərkəzi orqan (1946-cı ildə nazirliyə çevrilmişdir).
Hərbi komissarlıq – hərbi vəzifəlilərin uçotu, orduya çağırışı və çağırışa qədərki hazırlığı ilə məşğul olan yerli hərbi idarə.
Göyçəyin ərizəsi hərbi komissarlıqda idi. Ə.Əbülhəsən.
[Xasayla] birlikdə hərbi komissarlığa beş nəfər getmişdi. Ə.Vəliyev.

KOMİSSARİAT
KOMİSSİYA
OBASTAN VİKİ
Qaçqınlar üzrə Ali Komissarlıq
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (ing. United Nations High Commissioner for Refugees, UNHCR) — 14 dekabr 1950-ci il tarixində BMT-nin tərkibində yaradılmış və əsas məqsədi dövlətlərin tələbi və ya BMT-nin öz təşəbbüsü ilə qaçqınları himayə etmək və dəstəkləmək, onların öz ölkələrinə qaytarılması, üçüncü ölkələrə köçürülməsi və lokal inteqrasiyasını təmin etmək olan beynəlxalq təşkilatdır. Mərkəz qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir. Təşkilat 1954 və 1981-ci illərdə Nobel Sülh Mükafatına layiq görülmüşdür.

Digər lüğətlərdə