1. Bədəni şax saxlamaq, beli sıxmaq üçün paltarın altından bağlanan enli elastik kəmər.
Korset ilə kəmərini, yan qabırğaları bir-birinə bitişəcək qədər sıxmış bir qadın da konkaya mindi.
2. Fəqərə sütununun əyilməsi və ya hər hansı bir xəstəliyi ilə əlaqədar olaraq bədənin yuxarı hissəsinə bağlanan bərk bandaj. Gips korset.