Yaponiyada kosmetika
Yaponiyada kosmetika qadınlar tərəfindən geniş istifadə olunur. Ənənəvi kosmetika məhsullarına ohaquro, oşiroy, beni, mayuzumi, nukabukuro kimi məhsullar aiddir. Hal-hazırda ənənəvi kosmetika ancaq kabuki aktyorları, geyşalar və maykolar tərəfindən tətbiq olunur.
== Tarix ==
Yaponiyada kosmetikanın tarixi VI əsrə qədər uzanır. Pudra, allandırıcı, qaş boyası və digər kosmetika məhsullarının istifadəsi və istehsalı Yaponiyaya VI əsrdə Çin və Koreyadan gəlmişdir. İlk dövrlərdə kosmetika məhsulları ancaq dini mərasim və festival iştirakçıları tərəfindən istifadə olunurdu, gözəllik məqsədləri üçün tətbiq olunmurdu. Lakin vaxt keçdikcə kosmetika məhsulları saray əyanları arasında gözəlliyi vurğulamaq üçün istifadə olunmağa başlanmışdır. Heyan dövründən etibarən qadınlar, eləcə də, kişilər kosmetikadan istifadə edirdilər.XVI əsrdə üz lasyonu hazırlamaq Hollandiya, Portuqaliya və İspaniya kimi ölkələr vasitəsilə Yaponiyaya keçmişdir. Edo dövründə saç stilləri ilə birlikdə makyaj stilləri də dəyişmişdir. Dəb kabuki aktyorları, kurtizankalar və geyşalar tərəfindən müəyyənləşdirilirdi, ukiyo-e qravürləri və populyar ədəbiyyat isə vasitəçi alətlər idi.