Şərəf o qədər də aciz deyil ki, Xudayar bəyin sözünün qabağında bir söz danışmasın, yainki ərinin kötəyinin qabağında durub baxsın.
Tubu ağlayır, arvad da kötəyin zərbəsindən bağırırdı.
□ Kötək altına salmaq – ağac, dəyənək və s. ilə döymək, kötəkləmək.
…[Kişi] övrəti beş-on gün salır kötəyin altına, axırda da övrət cana doyandan sonra çıxıb qaçır.
Kötək yemək – bax kötəklənmək.
Hiç məqul söz deməzsən sən! Qandadır kim, kötək yeməzsən sən?
Qaraca qızın təbiətində inadcıllıq vardı… Yusifdən nə qədər kötək yeyərdisə də, yenə tərsliyindən əl götürmürdü.
[Məşədi İbad:] …Arvad ərindən nə qədər kötək yesə, bir o qədər ərin çox sevər.
Kötək vurmaq (döşəmək) – bax kötəkləmək.
Məşədi İmamqulu qeyz ilə uşağı küncdən kənara dartıb, arxasına kötək döşəməyə başladı.