KƏDƏRLƏNDİRMƏK

f. Kədərli etmək, qəmləndirmək, qüssələndirmək, çox məyus etmək. Xəbər onu kədərləndirdi. Uşağın xəstəliyi ananı kədərləndirdi.
– Bu … kişinin sonsuzluğu Ataşı istər-istəməz kədərləndirirdi. Ə.Vəliyev.
[Elçin Sevincə:] İndi mən buraya gələndə eşitdiyim bir səs məni çox kədərləndirdi. Z.Xəlil.

KƏDƏRLƏNDİRMƏ
KƏDƏRLƏNMƏ

Digər lüğətlərdə