KƏMETİNA sif. [ fars. kəm və ər. etina] Etinasız, diqqətsiz. Həmişə kəmetina Zeynal bu gecə hər şeyə diqqət ilə baxıb, hər bir hənirtiyə məna verməyə başladı. Çəmənzəminli. Müavini kəmetina vəziyyətini pozmayaraq əyləşdi. B.Bayramov.