KƏP

I
(Lerik)
ayağın altı
II
(Göyçay)
daşlaşmış qum
KƏNTO
KƏPƏNƏX’
OBASTAN VİKİ
Forçun kəpənəkçiçəyi
Karakol kəpənəkçiçəyi
Karakol kəpənəkçiçəyi (lat. Aconitum karakolicum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin kəpənəkçiçək cinsinə aid bitki növü.
Kiçik Kəpənək
Kiçik Kəpənək — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Düzkənd (Axuryan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 11 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibində olmuşdur.Erm. SSR AS RH-nin 7.Xll.1945-ci il fərmanı ilə adı dəyişdirilib Hovit qoyulmuşdur. == Toponimi == Toponim qədim türk dilində "yapınçı" mənasında işlənən kəpənək sözündən əmələ gələn kəpənəkçi etnonimi əsasında əmələ gəlmişdir (etnonimin tərkibində -çi şəkilçisi toponim yaradıcılığında ixtisar edilib). "Kiçik" fərqləndirici əlamət bildirir. Etnotoponimidir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == 1878-ci ildə əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir 1945-ci ildə kənd ermənicə Hovit adlandırılmışdır.
Kuznetsov kəpənəkçiçəyi
Kuznetsov kəpənəkçiçəyi (lat. Aconitum kusnezoffii) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin kəpənəkçiçək cinsinə aid bitki növü.
Kölgəlik kəpənəkçiçəyi
Kölgəlik kəpənəkçiçəyi (lat. Aconitum umbrosum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin kəpənəkçiçək cinsinə aid bitki növü.
Kəpirabad (Kəleybər)
Kəpirabad (fars. كپيراباد‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur.
Kəpək
Kәpәk — dәrinin әn kәnar üzündәn tökülәn hüceyrәlәrdәn yaranır. Adәtәn tüklәrin olduğu yerdәn tökülür. Kəpək başın tüklü hissəsində laylı yağlı və ya kiçik quru ağımtıl-sarımtıl rəngli pulcuqların əmələ gəlməsidir. Başın qaşınması ilə müşayiət olunur; saçlar cansız, quru , tez qırılan, yağlı və ya parlaq olur. Seboreya, psoriaz, dərinin göbələk xəstəlikləri , sinir gərginliyi, A və ya B qrup vitaminlərinin defisiti, saçlara qeyri-düzgün qulluq nəticəsi , mədə-bağırsaq traktının fəaliyyətinin pozulmasının təzahürü ola bilər. Kəpək saç tökülməsinin geniş yayılmış səbəbidir; o, nəzərə çarpan kosmetik problem yaradır. == Yaranma səbəbləri == Kəpəyin əsas yaranma səbəbi Malassezia Furfur göbələklərinin həddən artıq inkişafı nəticəsində baş dərisinin vəziyyətinin dəyişməsidir . Bu göbələk baş dərisində yaşayan fakultativ mikrofloraya aiddir və normal şəraitdə onun həyat fəaliyyəti simptomsuz gedir. Stress, piy vəzilərinin fəaliyyətinin pozulması, qidalanmanın pozulması; hamiləlik, cinsi yetişkənlik dövrü , menopauza kimi hormonal dəyişikliklər M. furfur — un aktivləşməsini təşviq edə bilər. Kəpək çox tez — tez saçlara düzgün qulluq olunmadıqda meydana çıxır.
Kəpənək
Pulcuqluqanadlılar (lat. Lepidoptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. Məlum növlərin sayına görə kəpənəklər böcəklərdən sonra ikinci yeri tutur. Kəpənəklər ölçüsünə, rənginə və həyat tərzinə görə həddən artıq müxtəlifdir. == Xarici quruluşu == Kəpənəklərin bədəni, bütün digər həşəratlar kimi, üç əsas hissədən ibarətdir: baş, döş və qarıncıq. Bığcıqları (və ya antenaları) qılşəkilli, sapşəkilli, daraqşəkilli, iynəşəkilli, lələkşəkilli və s. formada olub, duyğu orqanları rolunu oynayır. Erkəklərin bığcıqları dişilərə nisbətən daha çox inkişaf etmişdir, çoxbuğumludur və başda, gözlərin üstündə yerləşmişdir. Kəpənəklərin gözləri iki tipdədir- başın yanlarında bir cüt iri faset göz və təpədə sadə gözcüklər. Faset gözlər çoxlu fasetlərdən- hər biri kiçik ayrıca gözə-ommatidiyə uyğun gələn və buynuz qişadan, büllur konusdan, bir dəstə görmə çubuğundan ibarət olan altıbucaqlı sahələrdən təşkil olunmuşdur.
Kəpənək (film, 2017)
Kəpənək (ing. Papillon) — Mixail Noerin rejissorluğu ilə çəkilən, 2017-ci il bioqrafik dram filmidir. Kəpənək ilk dəfə 2017-ci il Toronto Beynəlxalq Film Festivalında Xüsusi Təqdimatlar bölməsində 9 Sentyabr 2017-ci ildə nümayiş edilib. == Çəkilişlər == Kəpənək, Monteneqro, Malta və əsasən, Belqradda, Serbiya da daxil olmaqla müxtəlif yerlərdə çəkilmişdir.
Kəpənək effekti
Kəpənək effekti — bir sistemin başlanğıcında baş verə biləcək kiçik bir dəyişiklik, böyük dəyişikliklərə səbəb ola bilər. "Kəpənək effekti" termini riyazi bir termindir, hesablamalar zamanı rəqəmlərdən birində edilən cüzi dəyişiklik böyük fərqlərə səbəb ola bilər. Adı Edward N. Lorenzin verdiyi bu nümunədən yaranmışdır. "Amazon meşələrindəki bir kəpənəyin qanad çırpması ABŞ-də fırtına qopmasına səbəb ola bilər". Digər bir nümunədə isə, "bir kəpənəyin qanad çırpması dünyanın yarısını ağuşuna ala biləcək bir qasırğanın yaranmasına səbəb ola bilər" deyilir.
Kəpənək effekti (film, 2004)
Kəpənək effekti (ing. The Butterfly Effect) — 2004-cü ildə ABŞ-də çəkilmiş filmdir. Baş rollarını Eşton Kutçer, Emi Smart, Erik Stolts bölüşdürür. == Məzmun == Filmin baş qəhrəmanı hesab edilən Evan əqli problemləri olan bir uşaqdır, pis hadisələr yaşamışdır amma əqli problemlərinə görə bu yaşadıqlarını tam olaraq xatırlaya bilmir. İllər sonra Evan Treborn artıq bir hafizə problemi olmayan normal bir gənc olur. Bir gün uşaqlıqda tutduğu gündəliyini təsadüfən tapır və oxuyur, zamanda səyahət edərək uşaqlığının xatırlaya bilmədyi qaranlıq qisimlərinə dönür. Uşaqlığına səyahəy zamanı, həmin anda baş verən hadisələrə müdaxiləsi hazırda yaşadığı zamandakı həyatına böyük təsir göstərir və hər dəfə geri dönərkən yaxınlarından kiminsə zərər gördüyünə şahid olur və yenidən zamanda səyahət edərək, keçmişə qayıdaraq ətrafındakıların normal bir həyat yaşması üçün mübarizə aparır...
Kəpənək qanadlarındakı əlifba
Kəpənək qanadlarındakı əlifba Norveçdə anadan olmuş fotoqraf Kjell B.Sandved tərəfindən hazırlanmış foto işdir. Sandved Vaşinqtonda Smithsonian İnstitutunun tərkibində olan Milli Təbiət Tarixi muzeyində işləyib və təsadüfən o, latın əlifbasının hərflərini və ərəb rəqəmlərini kəpənək qanadlarındakı nümunələrdə tapmaq fikrinə gəlib. Foto ekskursiyaları onu Braziliya, Konqo, Papua-Yeni Qvineya və Filippinə aparıb çıxardı. 1975-ci ildə o, əlifbasını tamamladı və "Smithsonian" jurnalında dərc etdirdi.
Kəpənək spredi
Kəpənəkdoğan
Kəpənəkdoğan — kitab. == Müəllif == Ziyad Quluzadə == Kitab haqqında == Bu, Birİnci kitab seriyasından nəşr olunan növbəti kitabdır. "Beşmərtəbəli evin altıncı mərtəbəsi"… Təhminə, Zaur, Spartak… Yox, sən demə, о evin yeddinci, səkkizinci mərtəbələri də varmış. Bu mərtəbələrdə Məryəmi görəcəksiniz – Təhminəylə Zaurun qızını. Allaha yıxıla-dura inanan Təhminə, vətənin dərdləri ilə yaşayan Zaur. Hələ Təhminənin anasının gündəlikləri. Deyəsən bunlar nəsillikcə beləymişlər! Necə? Bu haqda bilmək üçün Ziyad Quluzadənin tikdiyi mənzillərə doğru… Bakı, Qanun Nəşriyyatı, 2011. 144 səhifə.
Kəpənəklər
Kəpənəklər (lat. Rhopalocera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinə aid heyvan yarımdəstəsi. Kəpənəklər müxtəlif böyüklükdə olur. İki cüt pərdəşəkilli qanada malikdir. Ən səciyyəvi xüsusiyyətlərindən biri qanadlarının müxtəlif rəngli pulcuqlarla örtülü olmasıdır. Onları əlvan edən bu pulcuqlardır. Yetkin fərdlərdə ağız sorucu, tırtıllarda isə gəmiricidir. Əksəriyyəti çiçək şirəsi (nektarı) ilə qidalanır. Kəpənəklərdə duyğu orqanları, xortum, gözlər və bığcıqlar yaxşı inkişaf etmişdir. Gözləri əksərən fasetlidir.
Kəpənəkçi
Kəpənəkçi bu mənalara gələ bilər: Kəpənəkçi (Bolnisi) — Gürcüstanın Bolnisi rayonunun inzibati ərazi vahidində kənd. Kəpənəkçi (Çörük Qəmərli) — Gürcüstanın Aşağı Kartli diyarının Çörük Qəmərli rayonunun inzibati ərazi vahidində kənd. Kəpənəkçi (Sarvan) — Gürcüstanın Aşağı Kartli diyarının Sarvan rayonunun inzibati ərazi vahidində kənd. Kəpənəkçi (Zaqatala) — Azərbaycanın Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Kəpənəkçi (Goranboy) — Azərbaycanın Goranboy rayonunun inzibati ərazi vahidində kənd.
Kəpənəkçi (Bolnisi)
Bolus Kəpənəkçisi — Gürcüstan Respublikası Borçalı bölgəsinin Bolnisi rayonu tabeçiliyində kənd. 80-ci illərin sonunda rayonun digər 32 kəndinin adı kimi azərbaycan mənşəli Bolus Kəpənəkçisi toponimi də gürcüləşdirilərək Kvemo Bolnisi (gürcücə mənası Aşağı Bolnisi deməkdir) halına salınmışdır. == Kənd haqqında tarixi məlumatlar == Bоlus-Kəpənəkçi toponiminin “Bolus” hissəsinin qədim Oğuz, Pəçənəq (Bacanaq) ellərindən Bolus tirəsi, Kəpənək hissəsinin isə qədim türk mənşəli Pəçənək tayfasının Kapan/Kəpən qolu ilə bağlılığı bir sıra mənbələrdə qeyd olunur. Kəndin yaxınlığında yol kənarında V-VI əsrlərə aid memarlıq abidəsi olması da buraların qədimliyindən xəbər verir. Bоlus-Kəpənəkçi qədim mənbələrdə хаtırlаnırsа, Gürcüstanda on ən böyük kəndlərdən biridirsə, digər pаrаlеllərin də bu аdlа bаğlılıqlаrı hеç bir şübhə dоğurmur. Kəpənəkçi qədim türk tayfası kimi təxminən “Kitabi Dədə Qorqud” dastanındakı hadisələrin cərəyan etdiyi dövrdə (V-VI əsr) formalaşmışdır. Kəpənəkçi adı tayfanın məşğuliyyəti və sənəti ilə yaxından bağlı olan kəpənək sözü ilə əlaqəlidir. “Kəpənək” yüksək rütbəli pаqоn, “kəpənəkçi” də həmin pаqоnu dаşıyаn məmur dеməkdir. Müаsir Bоlnisdəki Kəpənəkçi kəndi bütün Kəpənəkçi tаyfаlаrının idаrəеdici mərkəzi оlub. Yüksək rütbəli məmurlаr bu kənddə məskunlаşıblаr.
Kəpənəkçi (Goranboy)
Kəpənəkçi — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Kəpənəkçi Goranboy rayonunun eyniadlı i.ə.v-də kənd. Gəncə-Qazax düzənliyindədir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 112 nəfər əhali yaşayır. === Tanınmışları === Maşallah Abdullayev—Azərbaycanın Milli Qəhrəmanı.
Kəpənəkçi (Sarvan)
Kəpənəkçi (Kürüstü Kəpənəkçi) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Kəpənəkçi ərazi birliyinə daxildir bu kəndlər: İkinci Kosalı Birinci Kosalı Kəpənəkçi İlməzli Keşəli Ambarovka Alget üzümçülük təsərüfatı == Coğrafi mövqeyi == Kəpənəkçi kəndi Marneuli rayonunun Qardabani ilə sərhəd zonasında Kür çayının sağ sahilində dəniz səviyyəsindən 280-300 metr hündürlükdə yerləşir. == Əhalisi == 2002-ci ilin siyahıyaalmasının nəticələrinə əsasən kənddə 1383 nəfər əhali yaşayır ki, bunların da 711-i kişilər, 672-si isə qadınlardır. Kənd əhalisinni 96%-i azərbaycanlılardan ibarətdir. = Xarici keçidlər = Региональный Информационный портал Квемо-Картли: Поселившимся в Квемо Болниси беженцам выдали удобрение для аграрной деятельности.
Kəpənəkçi (Zaqatala)
Kəpənəkçi — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Kənd Alazan vadisində yerləşir, Aşağı istiqamətdən Gürcüstan Respublikası, sağdan Qandax, Soldan Yengiyan və Mosul kəndləri ilə həmsərhəddir. Kənddə 1 dini məscid, 1 orta məktəb, 1 tibb məntəqəsi, 1 uşaq bağçası, 1 klub fəaliyyət göstərməkdədir. == Əhalisi == kənddə 224 təsərrüfat var.əhalisi isə təxminən 1100 nəfərdir. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Kəpənəkçi (Çörük Qəmərli)
Bolus Kəpənəkçisi — Gürcüstan Respublikası Borçalı bölgəsinin Bolnisi rayonu tabeçiliyində kənd. 80-ci illərin sonunda rayonun digər 32 kəndinin adı kimi azərbaycan mənşəli Bolus Kəpənəkçisi toponimi də gürcüləşdirilərək Kvemo Bolnisi (gürcücə mənası Aşağı Bolnisi deməkdir) halına salınmışdır. == Kənd haqqında tarixi məlumatlar == Bоlus-Kəpənəkçi toponiminin “Bolus” hissəsinin qədim Oğuz, Pəçənəq (Bacanaq) ellərindən Bolus tirəsi, Kəpənək hissəsinin isə qədim türk mənşəli Pəçənək tayfasının Kapan/Kəpən qolu ilə bağlılığı bir sıra mənbələrdə qeyd olunur. Kəndin yaxınlığında yol kənarında V-VI əsrlərə aid memarlıq abidəsi olması da buraların qədimliyindən xəbər verir. Bоlus-Kəpənəkçi qədim mənbələrdə хаtırlаnırsа, Gürcüstanda on ən böyük kəndlərdən biridirsə, digər pаrаlеllərin də bu аdlа bаğlılıqlаrı hеç bir şübhə dоğurmur. Kəpənəkçi qədim türk tayfası kimi təxminən “Kitabi Dədə Qorqud” dastanındakı hadisələrin cərəyan etdiyi dövrdə (V-VI əsr) formalaşmışdır. Kəpənəkçi adı tayfanın məşğuliyyəti və sənəti ilə yaxından bağlı olan kəpənək sözü ilə əlaqəlidir. “Kəpənək” yüksək rütbəli pаqоn, “kəpənəkçi” də həmin pаqоnu dаşıyаn məmur dеməkdir. Müаsir Bоlnisdəki Kəpənəkçi kəndi bütün Kəpənəkçi tаyfаlаrının idаrəеdici mərkəzi оlub. Yüksək rütbəli məmurlаr bu kənddə məskunlаşıblаr.
Kəpənəkçiçək
Kəpənəkçiçək (lat. Aconitum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Yunan mifologiyasına görə bu bitki, Heraklın aldadıb axirətdən gün işığına çıxartmış olduğu üçbaşlı köpək Kerber gün şüalarına tab gətirməyib quduzluqla qusaraq ifraz etdiyi seliyin torpağa düşməsindən göyərmişdir. Bu hadisə Akoni (yun. Aconae - ox, oxlu) şəhəri yaxınlığında baş verdiyindən bitki də belə adlandırılmışdır. == Təbii yayılması == == Botaniki təsviri == Akonit 50-199 sm hündürlükdə, çoxillik bitkidir. Çiçəkləri sarı, moruğu, ya da tünd mavi rəngdə olur. Ehtiva etdiyi alkoloidlər səbəbi ilə zəhərlidir.
Kəpənəyin yuxusu (film, 2013)
Kəpənəyin yuxusu — Yılmaz Ərdoğanın ssenari müəllifi, rejissoru və aktyoru olaraq çəkilən türk dram filmidir. Film 2013-cü ildə 86-cı Oskar mükafatlarında Türkiyənin ən yaxşı xarici film üzrə Oskara namizədliyi göstərilmişdir. Kəpənəyin yuxusu filminin musiqi bəstəkarı Rəhman Altın Amerikada keçirilən "Moondance Beynəlxalq Film Festivalında "Ən yaxşı Film Musiqisi " mükafatına layiq görülüb. "Kəpənəyin yuxusu" filmi üçün bəstələdiyi musiqilərə görə daha öncə İtalya, Belçika və Türkiyənin özündə müxtəlif mükafatlar alan bəstəkar ötən il film musiqiləri siyahısında birinci yeri qoruyub saxlamağı bacarmışdı. == Məzmun == Film Zonquldağda 1941-ci ili təsvir edir. İki gənc şair Rüşdü Onur və Müzəffər Tayyib Uslu yeni-yeni modernləşən bu mədən şəhərində məmur kimi həyatlarına davam edərkən, bir yandan da sənətlə, ədəbiyyatla, ən çox da şeirlə məşğul olurlar. Şairliyə və sənətə baxışın hələ inkişaf etmədiyi cəmiyyətdə şeir yazan bu iki vərəmli gənc cəmiyyətin hər üzvünə şeiri sevdirməyə çalışır. Bələdiyyə sədrinin qızı Suzan Özsoyun Zonquldağa gəlməsiylə Rüsdü və Müzəffərin şeirə inancı daha da artar. Ailəsinin istəməməsinə baxmayaraq Suzan onlarla dostlaşır. Fəqət 1940-cı illərin vəbası olan vərəm bu iki gəncin həyatını da təhdid etməyə başlayır, öz gələcəklərini qurmaq üçün gənclər həyat mübarizəsinə başlayırlar.
Kəpəz
Kəpəz dağı — Azərbaycanda, Göygöl rayonu ərazisində və Gəncə şəhəri yaxınlığında yerləşən dağ. Kəpəz rayonu — Gəncə şəhərinin rayonlarından biri. Kəpəz bələdiyyəsi — Gəncə şəhərinin Kəpəz rayonuna bağlı bələdiyyə. Kəpəz — keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Ermənistanın Sünik mərzinin Gorus rayonunda dağ. Bu dağ Zəngəzurun Şurnuxu və (hazırda tərk edilmiş) Ağbulaq kəndləri yaxınlığında yerləşir. Kəpəz (Mahnişan) — Zəncan ostanındakı Mahnişan şəhristanının Ənquran bəxşinin Ənquran dehistanında yerləşən kənd. "Kəpəz" Peşəkar Futbol Klubu (Kəpəz PFK) — Gəncə şəhərini təmsil edən futbol komandası. Kəpəz (film, 1972) — film. ARB Kəpəz (2016-cı ilədək olan keçmiş adı Kəpəz Televiziyası) — Gəncə şəhərindən yayımlanan telekanal.
Kəpəz-Neftçi rəqabəti
"Tarixi derbi" — Neftçi və Kəpəz arasında keçirilən Azərbaycan futbol derbisidir. Bu iki komanda arasındakı matç hər zaman Azərbaycan futbol ictimaiyyətinin diqqət mərkəzində olur və daim prinsipiallığı ilə seçilir. Azərbaycan futbol tarixinin ən köklü və ən rəqabətli derbisi olaraq bilinən bu derbi Bakı və Gəncə kimi Azərbaycanın ən böyük iki şəhərindən çıxan və ölkənin ən müvəffəqiyyətli və təsirli iki futbol klubu arasında oynanılmaqdadır. Həmçinin bu iki komandanın qarşılaşmaları ölkənin ilk paytaxtı ilə hazırkı paytaxtı olan Bakı və Gəncə şəhərləri arasındakı tarixi rəqabət xüsusiyyətini də özlüyündə əks etdirməktədir. Neftçi'nin tərəfdarları ümumiliktə paytaxt Bakı və Abşeron yarımadasından olan insanlardan ibarətdirsə, "Kəpəz"in tərəfdar kütləsi daha böyük bir xəritəyə sahibdir. Klub Gəncə şəhərini təmsil etsə də, Azərbaycanın bütün Qərb bölgəsi, Aran bölgəsi və bir çox rayon və əyalət şəhərlərindəki insanlarda Neftçi — Kəpəz qarşılaşmalarında Kəpəz'ə tərəfdarlıq edir. Hələ Sovet dövründəykən də "Kəpəz"in tərəfdar kütləsi böyük əksəriyyətlə xalqın işçi təbəqəsindən ibarət idi. Buna görə də Qərblilər hər zaman Azərbaycanda və Qafqazda ən çox tərəfdara sahib futbol klubu olmuşdur. Rəqabətin kökü SSSR zamanlarına dayanır. Beləki Kəpəz azarkeşləri hər zaman bildirirlər ki,"Kəpəz"in SSSR dönəmində "Neftçi" qədər uğurlu olmamasının ən böyük səbəbi məhz Neftçinin paytaxt təmsilçisi olduğu üçün, ölkənin əsas komandası hesab edilərək, Azərbaycanın ən istedadlı futbolçularını ənəlxüsus Gəncə futbolunun yetirmələrini hər zaman Kəpəz'dən "qopararaq" Neftçi'yə aparılmaları olubdurki buda Kəpəzin uğurlarına əngəl olub".