KƏRPİCİ

sif.
1. Bişmiş kərpic rəngində olan; qırmızı. Kərpici parça. Kərpici maşın. Kərpici şal.
– Qırıq pəncərələrinin hərəsinin yanında bir dəmir çarpayı qoyulmuş, üstü qırmızı kərpici adyallarla örtülmüşdü. M.İbrahimov.

2. Kərpic şəklində olan; dama-dama.
Aslan … kərpici dəftərdə süpürgə tüklü bir dəvə … və bir göyçək dəvə balası çəkdi… S.Rəhimov.
Şəhərin bütün küçələri ya asfaltla, ya da kərpici qara daşlarla döşənmişdir. M.İbrahimov.

KƏRPİCXANA
KƏRPİCKƏSƏN

Digər lüğətlərdə