KƏTİL

is.
1. Söykənəcəyi olmayan sadə stul, kürsü; taburet.
…Şərəfoğlu ağ kətili taxtın yanına çəkib, əlini Rüstəm kişinin başına qoydu. M.İbrahimov.
Bucaqda yükün bir tərəfində paltar-palaz, qab-qacaq, o biri tərəfində kətil üstündə radio cihazı qoyulmuşdu. R.Rza.
Qapının qabağında, kiçik bir kətilin üstündə bir arvadın oturub çubuq çəkdiyini gördü. S.Rəhman.

2. Divar hörgüsündə daş və ya kərpiclər arasına, yaxud pəncərə divarlarının üstünə qoyulan dirək parçası, ağac.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KƏTİL KƏTİL (söykənəcəyi olmayan stul) [Həmid] köhnə kətildə əyləşib dincini alanda Mikayılla İsmayıl sevinə-sevinə heyətə çıxdı (H
KƏTXUDALIQ
KƏTMƏN
OBASTAN VİKİ
Kurul kətili
Kurul kətili (lat. Sella curulis) — söykənəcəyi olmayan, qaydalara görə tuncdan və fil sümüyündən hazırlanmış "X" şəkilli ayaqları olan, xüsusi bir oturacaq. Qədim Romada kurul kətilinə malik hüququ ancaq konsullara, ali magitratlara (kurullu magistrat — lat. magistratus curulis sözü buradan meydana gəlmişdir.) aid olmuşdur. Beləliklə kurul kətilinə konsullar, senzorlar, pretorlar və ordinar magistratlardan olan kurullu edillər, həmçinin fövqəladə magistratlar malik ola bilərdilər. Qaydalara görə kurul kətili magistratın başlıca dpvlət simvolu olduğu üçün hər zaman onun ardınca daşınmalı idi. Qay Yuli Sezar ilk olaraq qızıldan hazırlanmış kuril kətilinə malik olmuşdur.

Digər lüğətlərdə