□ Lərzə etmək (eyləmək) – titrəmək, əsmək.
Lərzə salmaq – dəhşətə gətirmək, vəlvələ salmaq, sarsıtmaq. Bərk dava oldu.
Güllənin səsi dağlara lərzə salmışdı. “ ”.
Lərzəyə düşmək (gəlmək) – əsmək, titrəmək, hərəkətə gəlmək, sarsımaq.
At Koroğlunu görcək elə kişnədi, elə kişnədi ki, dam-daş lərzəyə gəldi. “ ”.
Nə qayım durubdur ol sərvqamət; Tərpənəydi, bir lərzəyə gələydi.
Lərzəyə gətirmək (salmaq) – titrətmək, sarsıtmaq.
[Ağasəfər] yerləri lərzəyə gətirən gurultu içində Həmzənin pıçıltısını eşitmək üçün iri başını onun tərəfə əyməyə çalışdı.
◊ Bədəninə (vücuduna, ürəyinə, canına) lərzə düşmək – qorxudan əsməyə başlamaq, bərk qorxuya, vahiməyə düşmək.
Haşım bu gurultunu eşitdikdə bədəninə lərzə düşdü.
Yasavulbaşı bu köhnə casusu (topalı) görən kimi canına lərzə düşdü.
Ürəyinə (vücuduna, canına) lərzə salmaq – bərk qorxutmaq, dəhşətə gətirmək, qorxuya salmaq.
Bir də ki, mən igid ona deyirəm ki, əsil çətin vaxtda tüfəngi üzünə qaldırmaq ilə qabağındakı düşmənin canına lərzə salsın.