1. zərf Səs çıxarmadan, dinmədən, danışmadan, susaraq. Lal-dinməz oturmaq.
– Səlimnaz lal-dinməz dayanıb, bütün bədəni ilə qapını tutmuşdu.
Bir ara lal-dinməz hamı onun dalınca baxdı.
// Sözsüz, danışıqsız, qeydşərtsiz. Lal-dinməz əmri yerinə yetirdi.
– [Nigar Muradın] hər əmrinə lal-dinməz tabe idisə də, üzü heç gülmürdü.
2. sif. Azdanışan, danışmağı sevməyən, çox zaman dinməz, sakit oturan.
İndi onlar həmişəki kimi müti və lal-dinməz adamlar deyildir.