LOTULUQ

is. dan. Kələkbazlıq, fırıldaqçılıq, biclik, hiyləbazlıq.
…Amma indiyədək bizi qoymuyublar bir dərvişin hoqqabazlığını tənqid edək, bir mərsiyəxanın lotuluğunu tənqid edək. C.Məmmədquluzadə.
[Rəsul:] Hər kəs bir lotuluqla çıxır meydana, camaatın qulağını kəsir. Ə.Haqverdiyev.

□ Lotuluq eləmək – aldatmaq, kələk gəlmək, biclik eləmək, hiyləbazlıq etmək;
// zarafat etmək, kələkbazlıq etmək. [Rüstəm bəy:] [Cavan oğlan] qızın öz dayısıdır.
Səninlə lotuluq eləyibdir, sən də inanırsan. Ü.Hacıbəyov.

Özünü lotuluğa qoymaq – özünü xəbərsiz kimi, bilməyən kimi göstərmək, lotuluq eləmək. [Molla:] Guya ki, bilmirsən nə olub?… Özünü lotuluğa qoyma? “M.N.lətif.”

Sinonimlər (yaxın mənalı sözlər)

  • LOTULUQ fırıldaqçılıq — oğruluq — xəspuşluq — dələduzluq — kələkbazlıq — biclik — hiyləgərlik — fəndgirlik
  • LOTULUQ lotuluq bax hiyləgərlik
LOTUXANA
LOV

Digər lüğətlərdə