LÜTFƏLİ

Əlinin lütfü, Əlinin mərhəməti.
LÜTFƏDDİN
LÜTFİ
OBASTAN VİKİ
Lütfəli Abdullayev
Lütfəli Əmir oğlu Abdullayev (9 (22) mart 1914, Nuxa – 9 dekabr 1973, Bakı) — Azərbaycan aktyoru, Azərbaycan SSR xalq artisti (1960), Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yaradıcılarından biri, milli xalq oyun-tamaşalarının gülüş estetikasını bacarıq və həssalıqla mənimsəmiş, vəziyyət komediyalarında oynamağı xoşlayan, məsxərə hərəkətləri ilə mimika-jest ifadə vasitələrindən obrazın komik xarakterini açmaq üçün istifadə edən aktyor. == Həyatı == Lütfəli Abdullayev 1914-cü il 22 martda Nuxa şəhərində (indiki Şəki) doğulub. Oradakı yeddillik məktəbi bitirib. Bir neçə ay Şəki fəhlə gənclər klubunun dram dərnəyində çalışıb. Burada kiçik məsxərələrdə və vodevillərdə oynayıb. 1928-ci ilin sentyabrında Bakıya gələn Lütfəli Abdullayev Dövlət konservatoriyasının valtorna sinfinin məşğələlərində iştirak etməyə başlamışdır. Vokal sənətinə marağı olduğuna görə paralel olaraq Berolskinin kursunda ifaçılıqla məşğul olmuş, səsinin oxu ölçü-quruluşunu cilalayıb müəyyən qəlibə salmışdır. Dərslərinin gedişatını müəyyən yönə salıb sistemləşdirdikdən sonra yaşının azlığına baxmayaraq, müsabiqə ilə opera teatrının xor heyətinə qəbul olunub. Tezliklə o, yardımçı aktyor kimi sözsüz və epizod rollarda, qısa vaxtdan sonra "Arşın mal alan" operettasında Vəli rolunda oynayıb. 1938-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı yarananda Lütfəli Abdullayev truppaya qəbul edilib.
Lütfəli Babayev
Lütvəli Babəli oğlu Babayev (30 yanvar 1959, Qaravəlli, Zərdab rayonu) — 2007–2019-cu illərdə Zərdab rayon, 2005–2007-ci illərdə Mingəçevir şəhər icra hakimiyyətinin başçısı. == Həyatı == 1959-cu il yanvarın 30-da Zərdab rayonunun Qaravəlli kəndində anadan olmuşdur. 1980-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş və 1986-cı ildə həmin institutun ümumi texniki fənlər müəllimi ixtisasını bitirmişdir. 1977-ci ilin yanvar ayından 1977-ci ilin may ayınadək Mingəçevir Şəhər Yol tikinti maşınları zavodunda ikinci dərəcəli fəhlə işləmişdir. 1977-ci ilin may ayından 1979-cu ilin iyun ayınadək Çita şəhərində Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1979-cu ilin iyun ayından 1981-ci ilin noyabr ayınadək Qafqaz enerjiquraşdırma trestində çilingər işləmişdir. 1981-ci ilin noyabr ayından 1987-ci ilin avqust ayınadək Azərenerji Tikinti Tresti Mənzil İstismar Sahəsində tərbiyəçi işləmişdir. 1987-ci ilin avqust ayından 1990-cı ilin sentyabr ayınadək Mingəçevir şəhər 7 saylı orta məktəbdə müəllim, 1990-cı ilin sentyabr ayından 1991-ci ilin sentyabr ayınadək Mingəçevir şəhər 12 saylı orta məktəbdə direktor müavini, 1991-ci ilin sentyabr ayından 1993-cü ilin yanvar ayınadək Mingəçevir şəhər 17 saylı orta məktəbdə direktor müavini, 1993-cü ilin yanvar ayından 1993-cü ilin dekabr ayınadək Mingəçevir şəhər 11 saylı orta məktəbdə direktor vəzifəsində işləmişdir. Ailəlidir. İki qızı və bir oğlu var.
Lütfəli Məlikaslanov
Lütfəli Nuriyev
Lütfəli Cahangir oğlu Nuriyev (15 may 1916, Yelizavetpol – 9 dekabr 1984) — "Bakı Metropliteni QSC"-in ilk rəisi (1966–1976) == Həyatı == Lütfəli Cahangir oğlu Nuriyev 1916-cı ildə Gəncə şəhərində Qarabağ bəylərindən olan Cahangir xan Nurubəyovun ailəsində anadan olub. Tbilisi Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutunu hərəkətin təşkili ixtisası üzrə bitirib. Lütfəli Cahangir oğlu Nuriyev 1984-cü il dekabr ayının 9-u vəfat edib. == Fəaliyyəti == Əmək fəaliyyətinə Taqanroq stansiyası rəisinin müavini kimi başlayıb. Sonralar "Biləcəri" stansiyasının rəis müavini, Azərbaycan dəmiryolunun operativ dispetçer bölməsində böyük dispetçer, Azərbaycan Dəmir yolunda hərəkət xidmətinin rəisi, 1963–1966-cı illərdə Zaqafqaziya Dəmiryol İdarəsi rəisinin müavini vəzifələrində çalışıb. 1966-cı ildə Azərbaycan KP MK plenumunun qərarı ilə metropolitenin buraxılışına bir il qalmış Bakı metropoliteninin ilk rəisi vəzifəsinə təyin edilib. 1976-cı ilin may ayına kimi bu vəzifədə çalışıb. Bu müddətdə "Şərəf Nişanı" və "Qırmızı Əmək Bayrağı" ordenləri ilə təltif edilib.
Lütfəli Sultan
Lütfəli Sultan (tam adı:Lütfləli Sultan Kəngərli) — XIX əsrin əvvəllərində Kəngəril tayfasının rəisi == Haqqında == Kəlbəli xan Kəngərlinin oğlu, Ehsan xan, Şeyxəli (Şixəli) bəy və Nəzərəli bəy Kəngərlinin qardaşıdır. 1806-cı ildə Naxçıvan hakimi olan atasının əmri ilə Kəngərli süvarilərini ruslara və osmanlılara qarşı vuruşmaq üçün səfərbər etmişdir. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 290. ISBN 5-8066-1468-9.
Lütfəli Sultanov
Lütfəli bəy Mirzə bəy oğlu Sultanov (1895–1937) — Azərbaycan Milli Mərkəzinin üzvü. == Həyatı == Lütfəli Sultanov 1895-ci ildə anadan olub. Lütfəli bəy Mirzə bəy oğlu Sultanov çar və ADR ordusunda zabit olmuşdu. Həbs ediləndə Bakı şəhərinin müvəqqəti komendantı vəzifəsini icra edirdi.
Lütfəli bəy Azər
Azər Bəydili (7 fevral 1722, İsfahan, Səfəvilər – 1781, Qum, Zəndlər sülaləsi) — türkmanmənşəli Azərbaycan və İran antoloqu (təzkirəçi) və şairi. O, əsasən İran hökmdarı Kərim xan Zəndə (1751–1779) həsr etdiyi, 850-yə yaxın farsdilli şairdən ibarət "Atəşkədəyi Azər" (Azərin od məbədi) bioqrafik antologiyası ilə tanınır. Farsşünaslıq üzrə akademik Y.T.P. de Bryuin fars dilində yazılmış bu əsəri "XVIII əsrin ən mühüm farsdilli antologiyası" hesab edir. Azər erkən farsdilli poeziyanın üslub standartlarını diriltməyə çalışan "bazqəşti ədəbi" (ədəbi dönüş) hərəkatının aparıcı simalarından biri olmuşdur. == Həyatı == Azər 7 fevral 1722-ci ildə Səfəvilər dövlətinin paytaxtı İsfahan şəhərində, xaos və qeyri-sabitliyin olduğu bir dövrdə anadan olmuşdur. Onun doğulduğu ildə Səfəvilər dövləti parçalanmanın son mərhələsinə qədəm qoymuş və üsyankar əfqan Hotakilər İsfahana çatmışdır. Bu səbəbdən Azər və ailəsi İsfahandan Qum şəhərinə köçmək məcburiyyətində qalmışdır; onların burada mülkləri var idi və o, 14 il burada yaşamışdır. Azərin ailəsi türkman Şamlı tayfasının Bəydili boyundan idi. Onun əcdadları və Şamlı tayfasının digər nümayəndələri XV əsrdə, Əmir Teymurun hakimiyyətinin son illərində Suriyadan İrana köçərək İsfahanda məskunlaşmış, burada İran hökmdarlarına xidmət etmişlər. Azərin bir çox qohumu Səfəvilər dövlətinin son illərində və sonrakı Nadir şah hakimiyyəti dövründə (1736–1747-ci illərdə hakimiyyətdə olmuşdur) görkəmli diplomat və bürokrat olmuşdur.
Lütfəli bəy Behbudov
Behbudov Lütfəli bəy Rəhim bəy oğlu (1877, Şuşa – 1918) — mühəndis, Zaqafqaziya Seyminin Müsəlman Fraksiyasının üzvü. == Həyatı == Lütfəli bəy Behbudov 1877-ci ildə Şuşa qəzasının Bayat kəndində anadan olmuşdu. Bəzi mənbələrdə onun adı Niftalı bəy kimi də qeyd edilir. Sankt-Peterburq şəhərində Dağ-Mədən Akademiyasını bitirmişdi. 1903-cü ildən Hacı Zeynalabdin Tağıyevin şirkətində mühəndis, sonra müdir işləmişdi. 1911-ci ildə Hacıyla arası dəymiş, məhkəməyə müraciət etmişdi. Hacı Zeynalabdin onun acığına bütün qarabağlıları işdən çıxarmışdı. Əbdürrəhim bəy Haqverdiyev tərcüməyi-halında yazır: 1911-ci sənədə "Tağıyev-Behbudov" keyfiyyətindən dolayı qulluqdan olan qarabağlıları və o cümlədən məni paraxodstvadan xaric etdilər (Bu xüsusda əlimdə indi də sənəd var). Lütfəli bəy 1911-ci ildə "Kürətan" adlı aksioner cəmiyyət yaradıb ona başçılıq etmişdi. Zaqafqaziya Seymində poçt-teleqraf naziri işləmişdi.
Lütfəli bəy Sultanov
Lütfəli bəy Mirzə bəy oğlu Sultanov (1895–1937) — Azərbaycan Milli Mərkəzinin üzvü. == Həyatı == Lütfəli Sultanov 1895-ci ildə anadan olub. Lütfəli bəy Mirzə bəy oğlu Sultanov çar və ADR ordusunda zabit olmuşdu. Həbs ediləndə Bakı şəhərinin müvəqqəti komendantı vəzifəsini icra edirdi.
Lütfəli xan Dağıstani
Lütfəli xan Dağıstani — yüksək rütbəli Səfəvi hərbi komandiri və ləzgi mənşəli məmur. 1718-1720-ci illərdə baş komandir (sepahsalar) və Fars bəylərbəyi olaraq 22 oktyabr 1717 - dekabr 1720 tarixlərində vəzifədə olmuşdur. Lütfəli xan Dağıstaninin 1717-ci ildə Farsa bəylərbəyi olaraq təyin edilməsi, ilk dəfə sonuncu vilayətin inzibati rəhbərliyinə ilk dəfə, bir əsrdən çox əvvəl Allahverdi xanın dövründə olduğu qədər yaxınlaşdı. Lütfəli xan Səfəvi baş vəziri Fətəli xan Dağıstaninin (1716-1720) qardaşı oğlu,həm də yeznəsi idi. Fətəli xanın çöküşü vaxtında Lütfəli xan tutuldu və həbsxanaya atıldı. == İstinadlar == == Ədəbiyyat == Floor, Willem M. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Washington, DC: Mage Publishers. 2008. 152–153. ISBN 978-1933823232.
Lütfəli xan Zənd
Lütfəli xan Zənd (1769–1794) — 1789–1794-cü illərdə hakimiyyətdə olmuş Zənd hakimi. == Həyatı == Hakimiyyət uğrunda Zəndlərlə uzun savaşlar aparan Ağaməhəmməd şah 1785-in yanvarından mühasirədə saxladığı Tehran qalası önündə müəyyən qədər qoşun saxlamaqla 1785-in martında Qum şəhərinə yürüş etdi və oranı tutdu. Elə o vaxt onun sərkərdəsi Məcnun xan da Tehranı aldı və şah bu kiçik şəhəri Əstərabaddan sonra ikinci paytaxta çevirdi (1785). İsfahanı tutaraq (2.1786) Zəndləri oradan qovan və 40 gün həmin şəhərdə qaldıqdan sonra Tehrana qayıdan Ağaməhəmməd şah 11 cəmadiyül-əvvəl 1200-də (12 mart 1786) Tehranda səltənət taxtına əyləşdi və elə o gün Tehranın şahlığın paytaxtı olmasına fərman verdi. (Mazandarandan sonra ikinci yol taxta əyləşən Ağaməhəmməd şah tacqoyma mərasimini bu dəfə düz 10 il gecikdirdi). 21 mart 1786-da Ağaməhəmməd şah Qacarın adına Aslan və Günəş (Şirü Xurşid) təsvirli qızıl sikkə kəsildi, onun adına xütbələr oxundu. Şah 1786-da özünü "İran şahı" adlandıran Cəfər xan Zənd üzərində parlaq qələbə qazandı. (Şiraza qaçan Cəfər xan orada sui-qəsdlə öldürüldü). Beləliklə, həmin il o, gündoğandan Bəstam və Şahrudu, günbatandan Gilan, Talış və Kirmanşahı, quzeydən İsfahan, Əstərabad və Mazandaranı bütünlüklə öz ağalığı altına keçirdi. Qardaşı Murtuzaqulu xan Qacarı Gilan və Əstərabad hakimi qoydu.
Lütfəli Məlik-Aslanov
Lütfəli Süleyman bəy oğlu Məlik-Aslanov (az. Lütfəli Süleyman bəy oğlu Məlik-Aslanov; 21 yanvar 1913, Tuğ, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 21 oktyabr 1996, Bakı, Azərbaycan Respublikası) — texnika elmləri doktoru, professor, SSRİ-nin Fəxri neftçisi, Azərbaycan SSR əməkdar mühəndisi, Azərbaycan SSR neft sənayesi əlaçısı. == Həyatı == Lütfəli Məlik-Aslanov 21 yanvar 1913-cü ildə Tuğ kəndində anadan olub. Qədim və nəcib Qarabağın zadəgan Məlik-Aslanovlar ailəsinəndir.Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət xadimi, dayısı Xudadat bəy Məlik-Aslanovun ailəsində böyüyüb.1938-ci ildə Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə Neft-mədən fakültəsini bitirmişdir.Böyük Vətən Müharibəsi (1941–1945) iştirakçısı. == Fəaliyyəti == "Molotovneft" trestinin neft hasilatı şöbəsində usta, şöbə müdiri işləmişdir. 1945-ci ildən — VNİİTB-nin neft-mədən şöbəsinin rəhbəri olmuşdur. 1948-ci ildən AzETNÇİ-da işləməyə başlamış. 1953-cü ildə isə "Neft hasilatının texnikası və texnologiyası" laboratoriyasının rəhbəri təyin edilmiş və eyni zamanda AzSİ-da pedaqoji fəaliyyət göstərmişdir. 1956-cı ildə "Kollektorların neftverimi mexanizmində aralıq zonanın rolunun tədqiqi" mövzusunda namizədlik. 1965-ci ildə isə "Layların neftveriminin artırılması məsələləri" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir.
Lütfəli bəy Sultanov (III)
Lütfəli bəy Mirzə bəy oğlu Sultanov (1895–1937) — Azərbaycan Milli Mərkəzinin üzvü. == Həyatı == Lütfəli Sultanov 1895-ci ildə anadan olub. Lütfəli bəy Mirzə bəy oğlu Sultanov çar və ADR ordusunda zabit olmuşdu. Həbs ediləndə Bakı şəhərinin müvəqqəti komendantı vəzifəsini icra edirdi.
Lütfəli xan Kosaəhmədli-Avşar
Lütfəli xan Babaəli bəy oğlu Kosaəhmədli-Avşar (?-?) — Avşarlar sülaləsi dönəmində sərkərdə. == Həyatı == Nadirqulu xan Qırxlı-Avşar əvvəlcə atasını, sonra isə əmisi Baburu o dünyaya yola saldı. Bundan sonra onun həyatının müəyyən dövrü Əbivərd hakimi Babaəli ilə bağlıdır. Məlumdur ki, Babaəli bəy İmamqulunun ölümündən sonra Nadirin dul qalmış anasına kəbin kəsdirib. Başqa sözlə deyilsə, Babaəli bəy Nadirin atalığına çevrildi. Bəzi tədqiqatçılar və tarixçilər Babaəli bəy Kosaəhmədli ilə Nadir arasında mürəkkəb münasibətlərin olduğunu qeyd edirlər. Əslində isə, belə deyildi. Nadirlə Babaəli bəy arasında səmimi münasibətlər formalaşmışdı. Sonradan Nadirin anasının Babaəli bəydən daha iki oğlu oldu. Onlardan birinin adı Fətəli idi.
Mirzə Lütfəli ağa Daniş
Daniş Mirzə Lütfəli ağa (Təbriz – 1931) – Məhəmmədkazım Təbrizinin oğlu və Sədrül-əfazil ləqəbi daşıyan Daniş Azərbaycanın tanınmış ədiblərindən və məşhur mədəniyyət xadimlərindəndir. O, fars və ərəb dillərində nəzm və nəsrdə öz dövrünün görkəmli şəxsiyyətlərindən olmuşdur. Daniş hicri qəməri 1350 (1931)-ci ildə vəfat etmişdir. Ərəb və fars dillərində onun bir çox əsərləri vardır. Onlar aşağıdakılardır: mühazirə haqqında "Hezar dastan" – ("Min dastan", "Müləxxəs"adlı təzkirə, inşa və məktublar haqqında "Cəvahirül-bəlağə" və "Naməkdan".
Ürəklərdə yaşayan sənətkar. Lütfəli Abdullayev (film, 2014)
Ürəklərdə yaşayan sənətkar. Lütfəli Abdullayev filmi rejissor Sənan Sultanov tərəfindən 2014-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Məhəmməd Samiroğlu və Mikayıl Əjdəroğlu ifa edirlər. Film öz dövrünü ləyaqətlə yaşamış, xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Lütfəli Abdullayevin həyat və yaradıcılığından bəhs edir. Film xalq artisti Lütfəli Abdullayevin 100 iliyinə həsr olunmuşdur.