1. Hər hansı şərait daxilində həyata keçə bilən, ola bilən.
[Südabə:] …İndi deyin görüm, siz kimsiniz? Rica edirəm, mümkünsə bu dəfə həqiqətini deyin.
□ Mümkün deyil – imkan xaricindədir, ola bilməz.
Artıq onu da, qayınanamı da aldatmaq mümkün deyildi.
Yox, yox! Bu mümkün deyil; Ətəyindən tök daşı!
Mümkün etmək – imkanı çatmaq, çatdıra bilmək, bacarmaq.
[Səttarzadə] mümkün etdiyi məclisdən qalmır.
Mümkün qədər – bacarıldığı qədər, güc çatdığı qədər, imkan daxilində, şərait olduqca.
Fəxrəddin gecə-gündüz, aram olmadan at sürur və mümkün qədər tez Bağdada yetişməyə tələsirdi.
Mümkün mərtəbə (dərəcə) – bax mümkün qədər.
Saray mümkün mərtəbədə nəşəli döşənmişdir.
Mümkün olmaq – icrası imkan daxilində olmaq, başa gələ bilmək, həyata keçə bilmək.
Hicr atəşin araya dəxi salma, ey rəqib; Mümkün olurmu ayrıla pərvanə nardən?
[Nurəddin:] Mümkün olsa mənim şəkil dəftərimi və rəng qutumu göndərərsiniz.
2. Maddi imkan. Mümkünü yoxdur. Hədiyyə almağa mümkünü var.
3. Xəbər şəkilçisi ilə: mümkündür – imkan daxilindədir, etmək olar, olar.
[Sərdar Zaman xan şaha:] Təsəddüqün olum, hadisənin əlacı mümkündür.
İrəvanda, Naxçıvanda və İran məmləkətində övrət almaq adət deyil, çünki buralarda həmişə və hər cür övrət siğə eləmək mümkündür.