MÖVQİF is. [ ər. ] köhn. Duracaq yer, dayanacaq, stansiya. Çaparların vəzifəsi dəmiryol mövqifindən gəlib şəhərə və şəhərdən gəlib mövqifə gedən poçtu müşayiət etmək idi. Ə.Haqverdiyev. Yevlax stansiyasında bir çox yolçu toplanmışdı, mövqifdə oturmaq deyil, durmağa belə yer yox idi. T.Ş.Simurq.