MÖVQUF

sif. [ ər. ]
1. din. Vəqf olunmuş, vəqf üçün ayrılmış (bax vəqf).
2. klas. Varlığı başqa bir şeyin varlığından asılı olan; asılı, bağlı, əlaqəli, əlaqədar.
Səltənətin davamı və silsilənin bəqası mövqufdur elmə. M.F.Axundzadə.
Mövquf isə qəlbin fərəhi qətlimə, billah; Öldür məni, ey dilbəri-ziba, fərəh olsun! S.Ə.Şirvani.

□ Mövquf olmaq – asılı olmaq, bağlı olmaq, əlaqədar olmaq.
[Nuxulular:] Çox yaxşı, ağa, bu bir asan işdir, təki iksirin təkmili buna mövquf olsun. M.F.Axundzadə.

3. Tərk etmə, unutma.
□ Mövquf etmək – tərk etmək, unutmaq, bir işi daha etməmək.
İbrahim … dükana getməyi mövquf edib oğlunun yanında qaldı. Ə.Haqverdiyev.
Axır vaxtlar Kərbəlayı Fərəc bu yol ilə gedib-gəlməyi bilmərrə mövquf eləmişdi. Çəmənzəminli.

Mövquf olmaq – tərgidilmək, unudulmaq, daha edilməmək.
Etsin onları şiə gərək ildə ziyarət; Mövquf ola, heyhat, çətindir belə adət. Ə.Qəmküsar.

MÖVQİF
MÖVQUFAT

Digər lüğətlərdə