MÜKƏDDƏR

sif. [ ər. ] Kədərli, qəmli, qüssəli, məhzun, qəmgin.
Bahar fəsli el şad olur sərasər; Hərgiz məndən özgə yoxdu mükəddər. Q.Zakir.
…Yalnız başıma oturub dalğın və mükəddər (z.) bir halda düşünürdüm. S.Hüseyn.

□ Mükəddər etmək – kədərləndirmək, qəmləndirmək, məyus etmək.
Lütf eylə, məni mükəddər etmə! Füzuli.
Əgər məndən sual etsən, bəradər; Olubdur xatirim qəmdən mükəddər. S.Ə.Şirvani.

Mükəddər qılmaq köhn. – bax mükəddər etmək.
Ta o gündən məni-biyari mükəddər qıldın. S.Ə.Şirvani.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MÜKƏDDƏR kədərli — qəmli — məhzun

Antonimlər (əks mənalı sözlər)

  • MÜKƏDDƏR MÜKƏDDƏR – SEVİNC Yenə də diqqətli, xeyli mükəddər; Yanaşıb qızına “can bala” dedi (M.Rahim); İndi isə sevinc hədsizdi (Ə

Etimologiya

  • MÜKƏDDƏR Ərəbcə kədər sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
MÜKALİMƏ
MÜKƏDDƏRLİK

Digər lüğətlərdə