MÜRƏBBİYƏ is. [ ər. ] köhn. Qadın mürəbbi. Rzaqulu xanın İran səfərinə məktəb və darülfünun yoldaşlarından maəda mürəbbiyəsi olan Mariya xanım da böyük maneələr göstərməkdə idi. M.S.Ordubadi. Bir azdan sonra mürəbbiyə təkcə gəlib skamyanın üstündə əyləşdi. S.S.Axundov.