1. Mıx vurulmaq, mıx vurulub bərkidilmək; mismarlanmaq.
Limon yeşiyi pəncərəyə qoyulmuşdu, hələ ağzı mıxlanmamışdı.
2. Mıxdan asılmaq, mıxla bərkidilmək, mıxla vurulmaq.
Nəcəf artırmanın dirəyinə mıxlanmış balaca əlüzyuyana yaxınlaşdı.
Yan divarlara günün vacib məsələlərinə dair plakatlar … mıxlanmışdı.
3. məc. Bir yerə yapışıb qalmaq, yerindəcə dayanıb durmaq, yerindən tərpənməmək.
[Yoldan keçənlər:] Bacı, nə verəcəklər? – deyə sorur, bəziləri yolundan qalıb növbəyə mıxlanırdı.
Rüstəm kişi stula mıxlanıb qaldı, qulağına inanmadı.
// məc. Bağlanmaq, bənd olmaq.
O başladığı işlə buraya daha da mıxlanmışdı.
Yəqin ki, [Bəyim] indi anası ilə danışır və mənim buraya mıxlanıb qaldığımı heç ağlına da gətirmirdi.