MIXLANMAQ

məch.
1. Mıx vurulmaq, mıx vurulub bərkidilmək; mismarlanmaq.
Limon yeşiyi pəncərəyə qoyulmuşdu, hələ ağzı mıxlanmamışdı. Mir Cəlal.

2. Mıxdan asılmaq, mıxla bərkidilmək, mıxla vurulmaq.
Nəcəf artırmanın dirəyinə mıxlanmış balaca əlüzyuyana yaxınlaşdı. M.İbrahimov.
Yan divarlara günün vacib məsələlərinə dair plakatlar … mıxlanmışdı. Ə.Əbülhəsən.

3. məc. Bir yerə yapışıb qalmaq, yerindəcə dayanıb durmaq, yerindən tərpənməmək.
[Yoldan keçənlər:] Bacı, nə verəcəklər? – deyə sorur, bəziləri yolundan qalıb növbəyə mıxlanırdı. Qantəmir.
Rüstəm kişi stula mıxlanıb qaldı, qulağına inanmadı. M.İbrahimov.

// məc. Bağlanmaq, bənd olmaq.
O başladığı işlə buraya daha da mıxlanmışdı. S.Rəhimov.
Yəqin ki, [Bəyim] indi anası ilə danışır və mənim buraya mıxlanıb qaldığımı heç ağlına da gətirmirdi. İ.Əfəndiyev.

MIXLANMA
MIXLATMA

Digər lüğətlərdə