Ənvər Məmmədyarov
Məmmədyarov Ənvər Əhməd oğlu (1 iyul 1942, Genlik, Zəngilan rayonu – 28 aprel 2019, Bakı) — dövlət xadimi, MTN Polkovniki, Azərbaycan Respublikası Milli Məclisin deputatı.
== Həyatı ==
Ənvər Məmmədyarov 1942-ci ildə Zəngilan rayonunun Genlık kəndində anadan olmuşdur. 1967- ci ildə ADU- nun jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, Zəngilan rayonunda "Kənd həyatı" qəzetinin redaksiyasında işə başlamışdır. "Azəraycan gəncləri" qəzetində "110 yol ayrıcında", "Kəhrəba zəmi" və s. kimi oçerkləri dərc edilmişdir. 1967- ci il 27 Noyabırda Azərbaycan Respublikası DTK-nın sədri cənab Heydər Əliyev tərəfindən Zəngilan rayon şöbəsinə əməliyyat müvəkkili təyin edilmişdir, 1975- ci ildə Zəngilan-Qubadlı, 1978-1987-ci illərdə Şamaxı (Şamaxı, Ağsu, Kürdəmir, İsmayıllı, Göyçay, Zərdab və Ucar rayonlarını özündə birləşdirən regional şöbə), 1987-ci ildə Sabunçu, 1992-1993-cü illərdə Quba, Qusar rayon DTX şöbələrinin rəisi vəzifəsində işləmişdir.
1993-ci ildə MT orqanlarından təqaüdə çıxmışdır. İşlədiyi müddət ərzində MT orqanlarında çoxsaylı milli kadrlar hazirlamışdır. Vətən qarşısında xidmətləri yüksək qiymətləndirilmiş, orden və medallarla təltif olunmuşdur:
1.Milli Təhlükəsizlik orqanları veteranı
2.Azərbaycan Respublikasının Silahlı Qüvvələri veteranı
3.SSRİ Silahlı Qüvvələri veteranı
4.DTK -nın 60 illiyi medalı
5.DTK- nın 70 illiyi medalı
6.MT orqanlarının 90 illiyi medalı
7.MT orqanlarının 100 illiyi medalı
8."Qüsursuz xidmətə ğörə" ordeni
1990-cı ildə Azərbaycan Respublikası Milli Məclisin deputatı seçilmişdir, 1990-1995-ci illərdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının üzvü olmuşdur. 1997-2003-cü illərdə Qaçqin və Məcburi köçkünlərin işləri üzrə Dövlət komitəsində şöbə müdiri işləmişdir.