Əli Mənəfli
Əli Əflan oğlu Mənəfli (12 oktyabr 2001; Şirvan, Azərbaycan — 14 noyabr 2020; Şuşakənd, Xocalı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Əli Mənəfli 12 oktyabr 2001-ci ildə Şirvan şəhərində Əflan və Simuzər Mənəflilərin ailəsində yeganə oğul övladı olaraq anadan olmuşdur. Ailədə Əli ilə birgə Məryəm adlı bacısı var. Əli 2007-2018-ci illərdə Şirvan şəhər Mübariz İsrayilov adına 18 nömrəli təbiət-humanitar təmayüllü məktəb liseydə təhsil almışdır. 2018-2019-cu illərdə Şirvan Peşə Liseyində təhsilini davam etdikdən sonra hərbi xidmətə yollanmışdır. Subay idi.
Əli Mənəfli 2019-cu ilin oktyabrından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətdə idi.
Azərbaycan Ordusunun əsgəri olan Əli Mənəfli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əli Mənəfli 14 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi gedişatında Xocalı rayonunun Şuşakənd kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirərkən həlak olmuşdur.