MƏRDLİK

is.
1. Sözündə, işində etibarlı, vəfalı olma; sədaqət, vəfa, etibarlılıq, kişilik, alicənablıq.
[Firəngiz Muxtara:] …Mərdlik, qeyrət və sədaqət sıldırımlardan da atılsa, ölməzdir, əbədidir! B.Bayramov.

2. İgidlik, qəhrəmanlıq, şücaət. Döyüşçülərimizin mərdliyi.
– Koroğlu mərdliyi qala dünyada; İgid gərək başda sevda qaynada. Koroğlu”.
Yalnız adın igid deyil; Mərdlik, hünər özü səndə! N.Rəfibəyli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MƏRDLİK igidlik — cəsarət — mətanət — şücaət — qəhrəmanlıq — fədakarlıq
  • MƏRDLİK qeyrət — alicənablıq — əliaçıqlıq
MƏRDİMGİRİZLİK
MƏRDÜ MƏRDANƏ

Digər lüğətlərdə

актёрски опосре́дствование остоло́пина проскурняко́вый ро́та с тру́дностями смерчево́й черносли́вовый вско́ре гроздь да́кать метротра́сса надса́дисто обря́довый раззадо́рить расха́ивание суре́па favourable ground pollution May-dew second-degree burn поднатореть прописывать соты хромовокислый