MƏZƏ

is. [ fars. ]
1. Adətən iştaha üçün əsas yeməkdən qabaq və ya onunla birlikdə, yaxud içki içilərkən yeyilən müxtəlif yüngül yeməklər; çərəz. Süfrəyə məzə düzmək.
– Kimi qəhvə, kimi şokolad, təyyarəçi də çaxır ilə məzə istədi. Çəmənzəminli.
[Qurban] … şərab şüşələrini və xüsusi səliqə ilə hazırlanmış məzələr çıxarıb, süfrə tədarükünə məşğul oldu. T.Ş.Simurq.
…Məzələr, xuruşlar boşqablara düzülmüşdü. M.Rzaquluzadə.

2. Ləzzət, dad, tam. Xörəyin məzəsi ağzından getmir.
3. məc. Naz, işvə, qəmzə, şivə.
[Dürrə] qızlara məxsus bir məzə ilə gülümsədi. S.Vəliyev.

□ Məzə vermək – qəmzə satmaq, naz eləmək.
4. məc. Yumor, gülməli şey. …Amma məzə burasıdır ki, yağış da … başlayır şıdırğı ilə yağmağa. “Mol. Nəsr.
[Ustanın] mülayim, ahəngdar səslə, hərdənbir məzə ilə dediyi xatirələrini cavanlar şirin söhbət kimi eşidirdilər. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MƏZƏ məzə bax 1. çərəz; 2. naz
  • MƏZƏ zarafat — əyləncə
  • MƏZƏ yumor
  • MƏZƏ ləzzət — dad — tam
  • MƏZƏ naz — işvə — qəmzə — şivə
  • MƏZƏ çərəz

Omonimlər

  • MƏZƏ MƏZƏ I is. [ fars. ] İçki ilə bərabər yeyilən şey, çərəz. Kimi qəhvə, kimi şokolad, təyyarəçi də çaxırla məzə istədi (Çəmənzəminli)
MƏZDƏMƏK
MƏZƏLİ

Digər lüğətlərdə