MERKANTİLİ́ZM

[ fr. merkantilis, ital. merkante – ticarətdən]
1. XVI-XVIII əsrlərdə Avropada ticarət burjuaziyasının iqtisadi nəzəriyyə və siyasəti (bu nəzəriyyə ölkənin rifah halının istehsalın inkişafından deyil, əmtəə idxalının əmtəə ixracından üstünlüyündən və pul kapitalının toplanmasından asılı olduğu fikrinə əsaslanırdı).
2. məc. kit. Varlanmağa meyil, hər şeydə mənfəət güdmə.
MERKANTİLİST
MESAJ
OBASTAN VİKİ
Merkantilizm
Merkantilizm (it. merkante - "tacir") — iqtisadi fəaliyyəti, iqtisadi hadisə, prosesləri və qanunauyğunluqları sistemli öyrənən ilk nəzəri praktiki sistem. Merkantilizmə qədər iqtisadi nəzəriyyə müstəqil tədqiqat sahəsi olmamış, iqtisadi tədqiqatlar sistemsiz şəkildə aparılmış, hətta iqtisadi fəaliyyətin özü belə müstəqil fəaliyyət sahəsi kimi qəbul edilməmişdi. Kapitalist iqtisadiyyatının və baza münasibətlərinin mahiyyətini və təzahür formalarını ilk dəfə öyrənən merkantilistlər olmuşdu. Merkantilizm kapitalist iqtisadiyyatının ilk nəzəri işlənilməsi, bazar iqtisadiyyatının "ticarət sistemi" kimi öyrənilməsidir. Merkantilizm bazar iqtisadiyyatının konseptual əsasını təşkil edir və bazar təsərrüfatlı iqtisadi sistemin iqtisadi siyasəti və nəzəriyyəsi öz başlanğıcını ondan götürür. Sonrakı iqtisadi siyasət və nəzəriyyə sistemləri isə merkantilizmin tənqidi əsasında yaranmışdı. Merkantilizm XV-XVIII əsrlərdə Qərbi Avropa ölkələrində iqtisadi siyasətin və iqtisadi fikrin əsas cərəyanı olmuşdu. Bunu həmin dövrlərdə Qərbi Avropa ölkələrinin iqtisadi inkişafında baş vermiş sosial iqtisadi dəyişikliklərlə: böyük coğrafi kəşflər, ilkin kapital yığımı prosesi, əmtəə-pul münasibətlərinin inkişafı, milli bankların yaranması, dünya bazarının yaranması və beynəlxalq ticarətin genişlənməsi və s. əlaqələndirmək lazımdır.

Digər lüğətlərdə