1. Molla vəzifəsi, molla işi.
O vaxt Molla Cəfərqulu hələ mollalıq, mərsiyəxanlıq edərdi.
[Yarməmməd] atasının mollalığını, anasının falçılığını gizlətdiyi üçün onu maarif şöbəsindən qovmuşdular.
2. Keçmişdə: mollaxanada dərs demə; mollaxana müəllimliyi. Tahirzadənin buna haqqı yox idi.
Çünki cibində mollalıq kağızı gəzdirmirdi.
◊ Mollalıq etmək məc. isteh. – boş nəsihət etmək, göstəriş vermək, ağıl öyrətmək. …Sən mənə mollalıq eləmə, dəllək, – Ələmdar dönüb dəlləyin üzünə pis-pis baxdı.