Mordva dilləri
Mordva dilləri — Ural dil ailəsinin fin-uqor dillərinin fin-volqa dilləri qrupuna aiddir. Mordov dilləri qrupuna iki dil daxildir — mokşan dili və erzyan dili. Mordov dilləri Rusiya ərazisində Mordoviyada, Çuvaşistanda, Tatarıstanda, Başqırdıstanda, həmçinin Nijeqorod, Orenburq, Penza, Ryazan, Samara, Saratov, Tambov və Ulyanov vilyaətlərində yayılıb. Mokşan və erzyan dilləri rus dili ilə yanaşı Mordoviya Respublikasının rəsmi dilləridir. Knyaz Kurbskinin bildirdiyuinə görə meşeralılar da mordov dillərinə aid imiş.
Mordov dillərində danışan erzya, mokşa, şokşa, teryuxan və karatai xalqları ümumi mordva xalqı adı altında birləşirlər. Ona görə ümumi saylarını müəyyənləşdirmək çətin olur.
Rusiyada 201-ci il əhalini siyaıya alınmasına görə 392 941 nəfər mordva dilini, 36 726 nəfər erzya-mordov dilini, 2025 nəfər mokşa-mordov dilini bildiklərini bildiriblər; 744 237 nəfər özləri mordva, 4767 nəfər mokşa, 57 008 nəfər erzya xalqına aid olduqlarını göstəriblər.
Kiril qrafikalı əlifbalı dillər siyahısı
Орнатов П. Мордовская грамматика, составленная на наречии мордвы-мокши. — М., 1838;
Шахматов А. А. Мордовский этнографический сборник.