MOXA

n bot. Çin yovşanı

MOWING MACHINE
MUCH
OBASTAN VİKİ
Moxave (səhra)
Moxave (isp. Mojave yerli Moxave tayfasının adı ilə) — Amerika Birləşmiş Ştatlarının cənub-qərbində səhra. Cənubi Kaliforniyanın böyük hissəsini tutur. Yuta ştatının cənub-qərbində, Nevada ştatının cənubunda və Arizona ştatının şimal-qərbində yerləşir. Səhranın sahəsi 35 000 km²-dən yuxarıdır. Səhra şimal-şərqdə Texaçapi dağ massivi ilə (ing. Tehachapi Mountains), cənubda isə San-Qabriyela və San-Bernardino dağ silsilələri ilə məhdudlaşmışdır. Dağların sərhədləri kifayət qədər aydın seçilir, çünki bu dağlar iki böyük geoloji sınma ilə ayırılmışdır: San-Andreas və Qarlok. Böyük Hövzənin axını olmayan sahəsi səhranın şimalıboyu, cənubda daha isti Sonora səhrası istiqamətində uzanır. Əsas bitkisi ağacaoxşar Yucca brevifolia palmasıdır.
Moxave telefon köşkü
Moxave telefon köşkü — Kaliforniyada, Moxave səhrasında yaxınlıqda işləyən yerli geoloqlar və şaxtaçılar üçün quraşdırılan telefon köşkü. Ən yaxın şose yolundan 24 km, ən yaxın yaşayış məntəqəsindən isə onlarla km məsafədə yerləşirdi. İlk vaxtlar onun nömrəsi +1-714-733-9969 idi, sonra kod 619-a, daha sonra isə 760-a dəyişdirildi. == Tarixi == Köşk 1948-ci ildə yaxınlıqda işləyən şaxtaçılar üçün quraşdırılmışdır. 1997-ci ildə Dyuis (Deuce) adlı bir şəxs köşk haqqında öyrənir və ona cavab verilənə qədər köşkə zəng etməyə başlayır. Hər səhər Dyuis üzünü qırxarkən güzgünün kənarına yapışdırdığı və üzərində "Sən bu gün Moxavenin ortasında yerləşən köşkə zəng etməyi unutmamısan?" cümləsini yazdığı yapışqanı görürdü. O, zəngləri ta ki Lorin (Lorene) adlı birisi ona cavab verənə qədər düz bir ay müddətində davam etdirir. Öz əhvalatını öz saytında paylaşandan sonra Moxavedəki köşk qısa bir zamanda məşhurluq qazanır. Köşkün həvəskarları cavab almaq ümidiylə ora zəng edir, zənglərə cavab vermək üçün ora gedir, həmçinin ismarış qoyurdular. Zamanla köşk bütünlüklə qraffitilərlə örtüldü.
Moxaç döyüşü (1526)
Moxaç döyüşü (türk. Mohaç Meydan Muharebesi, mac. Mohácsi csata) — 1526-cı ilin 29 avqust tarixində Osmanlı imperiyası və Macarıstan krallığı arasında Macarıstan ərazisində yerləşən Moxaç ovasında baş vermiş döyüş. Moxaç döyüşü nəticəsində Macarıstan ərazisinin böyük bir qismi Osmanlı imperiyasının nəzarəti altına keçmişdir. Döyüşdə Osmanlı ordusu səhra toplarından geniş şəkildə istifadə etmişdir. Sultan Süleyman Qanuninin əmri ilə qısa zamanda hazırlanan toplar macarların ağır suvari birliklərini sıradan çıxartmağa hesablanmışdı. Macarlar şiddətli top atəşini gözləmdiklərindən bir çox birlik açıq əraziyə çıxmış və böyük bir qismi ağır geyimli suvarilərindən təşkil olunmuş dəstələr 2 saat davam edən döyüşün sonunda məhv olmuşdur. Osmanlı imperiyasının bu döyüşdə düşməninə nisbətən az sayda döyüşçüsünü itirməsi və döyüşü ən qısa zamanda başa vurmasının əsas səbəbi səhra toplarından peşəkar formada istifadə olunması idi. Macarıstan krallığının kralı II Layoş döyüş meydanından qacarkən, bataqlıqda bataraq ölmüşdür. == Döyüşün səbəbləri == Döyüş Habsburqlarla münasibətlərini yaxşılaşdıran Macarıstan krallığının Osmanlı imperiyası tərəfindən təklif olunan şərtlərə əməl etməməsi və tabe olmaqdan imtina etməsindən sonra başlamışdır.