MÖHÜRLÜ

sif.
1. Üzərində möhür olan, möhür vurulmuş, möhürlənmiş, möhürlə təsdiq edilmiş, möhrü olan.
[Həsən paşa] hamı əhvalatdan hali olandan sonra çıxardıb xotkarın möhürlü naməsini [məclis əhlinə] oxudu. Koroğlu”.
…Qoca öz sonbeşiyi Əlisanın əsgər geyimli şəklini, … aydın möhürlü fərmanı nəzərdən keçirdi. S.Rəhimov.

2. Müəyyən vaxt bağlı qalması üçün möhür (surğuc) vurulmuş. Möhürlü kassa.
– Gündə Peterburqdan Gorusa möhürlü paket gəlirdi. S.Rəhimov.

MÖHÜRLƏTMƏK
MÖMİN

Digər lüğətlərdə