is. [
ər. ]
1. Bir-birinə zidd ictimai qrupların, əqidələrin, mənafelərin və s.-nin üstünlük, hakim mövqe tutmaq uğrunda bir-biri ilə fəal toqquşması.
Dilsiz, sağır göylərə dirək oldu haqq səsi; Başlandı bu ölkənin meydan mübarizəsi. B.Vahabzadə.
// Hər hansı məqsədə çatmaq üçün çalışma; cəhd, təşəbbüs. İllik plan uğrunda mübarizə. Qənaət uğrunda mübarizə.
– Maarif sahəsində mübarizə, əsasən, tədris ocaqlarına münasibətdə meydana çıxırdı. A.Şaiq.
Haqq yolunda mübarizə şüarıyla çıxdım yola; Ərəb qızı, bu əzmində sənə min-min uğur ola! N.Rəfibəyli.
// Bir şeyi aradan qaldırmaq, ona qalib gəlmək üçün çalışma, fəaliyyət göstərmə. Ziyanvericilərlə mübarizə.
– [Xasay] əynindəki nimdaş şal pencəyini çıxarıb alovla mübarizəyə başladı. Ə.Vəliyev.
[Aydın:] Mən gəlmişəm, qızdırma ilə mübarizə aparam. H.Seyidbəyli.
2. Vuruşma, dava, döyüş.
Böyük bir cəbhədə ölüm-dirim mübarizəsi getdikcə qızışır. M.İbrahimov.
Vətən müharibəsi … mərd oğullarını düşmənlə mübarizə meydanına atdı. S.Vəliyev.
// Əlbəyaxa vuruşma.
3. məc. Bir-birinə zidd duyğuların, meyillərin, arzuların toqquşması, bunlardan hansı birinə üstünlük verməkdə daxilən göstərilən səy. Öz-özü ilə mübarizə.
– [Zərnigar xanım] qəlbinin ən ucqar bir guşəsində gizlənib cücərməyə çalışan bu duyğudan qorxsa da, onun qol-qanad açıb güclənə biləcəyi ehtimalından dəhşətə gəlsə də, özü ilə mübarizə aparmağı bacarmırdı. İ.Şıxlı.
4. İdman yarışı; yarışma.
İnadlı mübarizədən sonra neft Bakısının komandası birinci yeri tutdu. (Qəzetlərdən).
5. dan. Söyüşmə, dava-dalaş, vuruşma. Bir azdan sonra kişi bu yazığın üstünə ikinci bir arvad alardı.
İki gününün arasında böyük mübarizə başlanardı. H.Sarabski.