MÜFTƏXOR

is. [ fars. ] Özü zəhmət çəkməyib başqalarının hesabına yaşayan adam; tüfeyli, parazit.
[Fərhad:] Özgənin zəhməti ilə çörək yeyənlərə müftəxor deyirlər. Ə.Haqverdiyev.

// Sif. mənasında.
[Cəlaləddin:] Kənar edin hökumət başında oturan müftəxor vəzirləri, çağırın millət nümayəndələrini. C.Cabbarlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MÜFTƏXOR tüfeyli
  • MÜFTƏXOR MÜFTƏXOR [Şəndə:] Mən ona Veysələ təsir eləməsəm, müftəxor olub qalar (B.Bayramov); HARAMXOR Mustafa bəy: Hamınız haramxorsunuz, hamınız oğrusunuz! (Ə

Antonimlər (əks mənalı sözlər)

  • MÜFTƏXOR MÜFTƏXOR – ZƏHMƏTKEŞ Özgənin zəhməti ilə çörək yeyənlərə müftəxor deyirlər (Ə.Haqverdiyev); Biz deyirik: “Hamı millətlərin zəhmətkeşləri qardaşdırlar”

Etimologiya

  • MÜFTƏXOR Farscadır, müftə (əsli: moft) və xor (yeyən) sözlərindən əmələ gəlib.“Pulsuz, zəhmətsiz yeyən” deməkdir
MÜFTƏCƏ
MÜFTƏXORLUQ

Digər lüğətlərdə