1. Zorakı hərəkətə, zorakılığa qarşı durma; hücuma, təzyiqə, təsirə qarşı güc göstərmə.
□ Müqavimət göstərmək – qüvvəyə qarşı dayanmaq, əks-təsir göstərmək, qarşı durmaq.
[Polismeyster:] [Mədəndə işləyənlər] müqavimət göstərirlər, general həzrətləri!
Əhali yerindən qalxaraq müqavimət göstərməyə başladı.
Müqaviməti sındırmaq (qırmaq) – qarşıya çıxan qüvvəni rəf etmək, kənar etmək, gücə üstün gəlmək. Düşmənin müqavimətini sındırmaq.
– [Səlim] qarlı küləyin müqavimətini qıra-qıra qapını açdı, nazik paltarda, başıaçıq halda eyvana çıxdı.
2. fiz. Cismin hər hansı dəyişikliyə, təsirə əks-təsir göstərmə xassəsi, qabiliyyəti. Elektrik müqaviməti (cismin elektrikkeçirmə dərəcəsi).