Məhəmmədvəli mirzə Fərmanfərma
Məhəmmədvəli mirzə Əbdülhüseyn mirzə oğlu Fərmanfərma (1891 və ya 1890, Təbriz – 1983 və ya 1988, Tehran)—Qacar şahzadəsi, İranın ictimai-siyasi xadimi.
Əbdülhüseyn mirzə Fərmanfərmanın üçüncü oğlu Məhəmmədvəli mirzə 1891-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Ailə təlim-tərbiyəsi almışdı. Beyrutda Amerika Universitetini bitirmişdi. Atasının mülklərini idarə edirdi. Məhəmmədvəli mirzə 1916-cı ildən 1917-ci ilədək Təbrizdə maliyyə idarəsində çalışmışdı.
Atası ona tapşırmışdı ki, mülklərini qorumaq üçün məclisdə (parlamentdə) iştirak etsin. O, 4-cü, 5-ci, 6-cı çağırışda məclisə deputat seçilmişdi. 1917-ci ildən 1931-ci ilədək məclisədə vəkil kimi Sərabı təmsil etmişdi. 13-cü, 14-cü çağırışda, 1941-ci ildən 1947-ci ilədək Təbrizin nümayəndəsi kimi məclisdə əyləşmişdi.