MƏMUL

MƏ’MUL1

ə. 1) arzu edilən, gözlənilən; 2) ümid edilən.

MƏ’MUL2

ə. qayrılmış, düzəldilmiş, istehsal edilmiş.

MƏMŞA
MƏMULAT
OBASTAN VİKİ
Bərk cisim elektronikasında istifadə edilən məmulatlar
Bərk cisim və ya Qatı — maddənin 4 aqreqat hallarıdan (bərk, maye, qaz, plazma) biridir. Bərk cism başqa aqreqat hallarından öz formasının stabilliyi ilə fərqlənir. Bərk cismin forma stabilliyi onun tərkibində atomlararası əlaqələrin güclü olması, atomların nisbətən taraz vəziyyətdə olmaları və çox zəif titrəyişli hərəkət etmələrinin nəticəsində alınır. Bərk cismlər kristallik və ya amorf hallarına görə fərqlənirlər. Bərk cismlərinin tərkibini və daxili strukturasını öyrənən fizika bölməsi bərk cismlər fizikası adlanır. Bərk cismin xarici təsirlərin və hərəkətin nəticəsində necə dəyişilməsini — bərk cismlərin mexanikası, absolyut bərk cismlərinin hərəkətini — bərk cismlərinin kinematikası adlı elmlər öyrənillər. == Bərk cismlərin texniki xassələri == Bərklik Kütlə Plastiklik Əyilmə möhkəmliyi Sınma möhkəmliyi == Bərk cismlərin elektronikasında istifadə edilən məmulatlar == Bərk cisim elektronikasında istifadə edilən məmulatlar — (tərif) geniş istifadə olunan matreallardan yarımkeçiricilər. === Materialların təsnifatı === Bərk cisim elektronikası (BCE) cihazlarının istehsalında istifadə olunan materiallar 2 qrupa bölünür: əsas (və ya konstruktiv) köməkçi (və ya texnoloji) === Əsas material === Əsas materiala dedikdə birbaşa cihazın konstruksiyasına daxil olan materiallar nəzərdə tutulur. Əsas materilları, öz növbəsində, aşağıdakı qruplara bölmək olar yarımkeçirici materiallar – germanium, silisium, qallium arsenid və s.; legirəedici (aşqarlayıcı) materiallar – yüksək təmizliyə malik ayrı-ayrı elementlər və ya onların xəlitələri; elektrod materialları – qızıl, nikel, kövar, molibden (daxili və xarici) çıxışları düzəltmək üçün); izolyasiya materialları – şüşə keramika, üzvi laklar; mühafizəedici korpus (gövdə) materialları – mis, kovar, polad; antikorrozion örtüklər – xrom, nikel === Materialların sərfiyyat norması === Materialların sərfiyyat norması 1000 ədəd yararlı cihaz hazırlamaq üçün tələb olunan materialın miqdarı ilə müəyyən olunur. Yarımkeçirici materialın seçilməsi, onun təmizliyi və legirə olunma dərəcəsi, istehsalatda onların təkrarlanması cihazların xarakteristikalarına və onların istehsalında yararlı cihazların çıxımına həlledici təsir göstərir.
Məmulan
Məmulan— İranın Luristan ostanının Poldoxtər şəhristanının Məmulan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,633 nəfər və 1,725 ailədən ibarət idi.
Məmulat
Məhsul, məmulat, ərzaq ya da yeyinti — ölkə, region və şəxsi təsərrüfatın torpaq sahəsində müəyyən kənd təsərrüfatı bitkisinin yetişdirilərək əldə edilən nəticənsiin ümumi həcmi. Əksər məhsullar tonla ölçülür.
Qida məmulatları
Qida və ya qida məhsulları — orqanizmin xaricdən qəbul etdiyi üzvi və qeyri-üzvi maddələr yığımı. Qidalar çox sadə kimyəvi maddələrdən mürəkkəb üzvi birləşmələrə qədər geniş miqyasda çeşidlilik göstərir. İnsanın hər gün yeyib-içdiyi qidalar çox müxtəlifdir. Onlar orqanizmi lazımi qədər zülallar, yağlar, karbohidratlar, mineral maddələr, vitaminlər və adi su ilə təmin etməlidir.. Ən çox zülal toyuq yumurtasının ağındadır. Lakin pendir və kəsmik də, xalis zülaldan ibarətdir. Zülal ətdə və balıqda da çoxdur. Bir parça xəmir götürüb, onu suda yuyun,əlinizdə rezinə oxşayan yapışqanlı bir şey qalacaq. Bu zülaldır. Alimlər zülalı protein (yun.
Qida məmulatı
Qida və ya qida məhsulları — orqanizmin xaricdən qəbul etdiyi üzvi və qeyri-üzvi maddələr yığımı. Qidalar çox sadə kimyəvi maddələrdən mürəkkəb üzvi birləşmələrə qədər geniş miqyasda çeşidlilik göstərir. İnsanın hər gün yeyib-içdiyi qidalar çox müxtəlifdir. Onlar orqanizmi lazımi qədər zülallar, yağlar, karbohidratlar, mineral maddələr, vitaminlər və adi su ilə təmin etməlidir.. Ən çox zülal toyuq yumurtasının ağındadır. Lakin pendir və kəsmik də, xalis zülaldan ibarətdir. Zülal ətdə və balıqda da çoxdur. Bir parça xəmir götürüb, onu suda yuyun,əlinizdə rezinə oxşayan yapışqanlı bir şey qalacaq. Bu zülaldır. Alimlər zülalı protein (yun.
Xalça məmulatları
Xalça məmulatları — xovsuz və xovlu xalça texnologiyasının köməyi ilə hazırlanan məişət əşyaları. Azərbaycanda xovlu və xovsuz xalçalarla yanaşı hələ qədim zamanlardan etibarən məişətdə istifadə etmək üçün müxtəlif xalça məmulatları da istehsal olunurdu. Bir çox hallarda xalça məmulatları əvvəlcə müxtəlif növ xovsuz xalça texnologiyasının köməyi ilə, daha sonra inkişaf etdikcə xovlu xalça texnologiyasının köməyi ilə istehsal olunurdu. Ümumiyyətlə, xalçaçılıq sənətinin inkişafı baxımından xalça məmulatlarının hər biri sadədən mürəkkəbə doğru ayrı-ayrı inkişaf mərəhələsini keçmiş və xovlu xalçalara nisbətən daha əvvəlki dövrə təsadüf edir. Xalça məmulatlarının istehsalında yun, pambıq, ipək saplarla yanaşı qamış çubuğundan eləcə də quru ağac budaqlarından da istifadə edilmişdir. Hələ qədim zamanlardan xovsuz xalça texnologiyasının köməyi ilə Azərbaycanda müxtəlif məişət məmulatları hazırlanırdı. Vaxt ötdükcə məişət şəraitini yaxşılaşdırmaq üçün xalça məmulatları istehsalı hər zaman inkişaf etmiş və təkmilləşmişdir. Arxeoloji materiallara və yazılı mənbələrə əsasən Azərbaycanda xalçaçılıqla hələ Tunc dövründən (e.ə. II minilliyin sonu – I minilliyin əvvəllərində) məşğul olmuşlar. Cənubi Azərbaycanın Maku şəhərindən tapılmış gildən düzədilmiş at fiqurunun (e.ə.
Yapon lak məmulatı
Yapon lak məmulatı (漆器, şikki) – yapon lak ağacından əldə olunan şirə ilə hazırlanan Yaponiya dekorasiya məmulatları. Lak bu cür incəsənət məhsullarına gözəllik verməklə yanaşı onları nəmdən və zədələnmələrdən qoruyur. Yapon lak məmulatları minlərlə il salamat qala bilər. Yaponiyada tapılmış ən qədim parçalar Comon dövrünə aiddir. Ən qədim yapon lak rəsmləri isə VII əsrə aid olub Horyuci məbəd kompleksində tapılmışdır. Bir çox antik parça Narada yerləşən VII əsrdə aid Şosoin anbarında saxlanılmışdır. Lak məmulatlarının ən çox istehsal olunduğu dövr XVI-XVIII əsrlərdir. Həmin dövrdə daymyolar lak məmulatlarının böyük sifarişçiləri idilər. Honami Koetsu və Korin həmin dövrün ən tanınmış lak sənətçiləri idi. Müasir dövrdə isə lak sənətçisi Qenroku Matsuda Yaponiyada "Yaşayan milli xəzinə" elan olunmuşdur.
Zərgərlik məmulatları
Zərgərlik məmulatları (lat. jocellum - zərgərlik; lat. iocus - zarafat, əyləncə, bəzək) — zərgərlik sənəti ilə bağlı olan məhsullar. Geniş mənada zərgərlik dekorativ-tətbiqi sənət növü, qiymətli materialların emalı və zərgərlik məmulatlarının hazırlanması sənətidir. Lakin bu tərif zərgərlik sənətinin mahiyyətini tam açmır, onun bədii mənası ən bahalı materialları zərgərin iradəsi, istedadı və bacarığı ilə daha da bahalı və gözəl olana çevirməkdir. Qiymətli materialların klassik tərifi 1912-ci ildə görkəmli ingilis alimi və zərgəri Herbert Smit tərəfindən verilmişdir. Qiymətli materiallar üç əsas tələbi ən yaxşı şəkildə ödəməlidir: gözəllik, nadirlik, uzunömürlülük. Bununla belə, materialların qiymətli (və ya nəcib), yarı qiymətli (“bəzək”) və adi kateqoriyalara bölünməsi şərti və axıcıdır. Onların arasındakı sərhədlər əsrlər boyu dəyişmiş və müxtəlif mədəniyyətlərdə fərqli qiymətləndirilmişdir. Buna uyğun olaraq, ustad zərgərin peşəsi, fəaliyyət sahəsi və cəmiyyətdəki mövqeyi fərqli qiymətləndirilirdi.
Nuzi məmulatları
Nuzi məmulatları — e.ə. XV–XIII əsrin əvvəllərinə aid xüsusilə Mitanni dövləti ilə əlaqəli olan keramika məmulatının növü. İlk dəfə indiki İraqın Nuzi ərazisində müəyyən edilmişdir. Bu, daha çox sosial baxımdan yüksək səviyyəli kontekstdə rast gəlinən boyalı prestijli dulusçuluq işidir. Nuzi məmulatları adətən qərbdə Oront çayı vadisindən şərqdə Babilə qədərki ərazidə tapılmışdır. Cənubda nümunələr Mitanni dövlətinin təsir dairəsindən kənarda yerləşən Kətnə şəhərində də tapılmışdır. Yaxın Şərqdə Tunc dövrünə aid saxsı məmulatları əsasən bəzəksizdir. Nəfis şəkildə bəzədilmiş, zərif qab formalarına malik Nuzi məmulatları tədqiqatçılar arasında tez bir zamanda xüsusi marağa səbəb olmuşdur.

Digər lüğətlərdə