MƏNTİQSİZ

sif.zərf Məntiqdən məhrum, məntiqlə düz gəlməyən, məntiqə zidd olan; ziddiyyətli, ardıcıl olmayan. Məntiqsiz danışıq.
– İnsaf dərnəkdə dediklərini bir az məntiqsiz halda anasına izah etdi. Mir Cəlal.
Meracın danışığının məntiqsiz, mündəricəsiz olacağını düşünən Bəhram indi onun danışığını dinləməyi qət etdi. Ə.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MƏNTİQSİZ məntiqsiz bax ağlabatmaz
MƏNTİQLİLİK
MƏNTİQSİZLİK

Digər lüğətlərdə