Məzrə (Ordubad)
Məzrə — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd.
Üstüpü bələdiyyəsinin tərkibindədir. Rayonun mərkəzindən 40 km şimal-qərbdədir. Əhalisi 122 nəfərdir(2000); bağçılıq, əkinçilik və heyvandarlıqla məşğuldurlar. Orta məktəbi, kulubu, kitabxanası, tibb məntəqəsi vardır.
Oykonim ərəb mənşəlidir. Ərəb dilində məzrə "əkin üçün yararlı yer, əkin yeri, tarla", habelə əkin yerləri əsasında yaranan məntəqə, oba, kiçik yaşayış yeri mənalarını kəsb edir. Keçmiş adı Məzrəurs olmuşdur.Güman edilir ki, yaşayış məntəqəsi Nurs kəndinin Məzrə adlı əkin yerində salındığına görə belə adlandırılmışdır.
Əhalisi 134 nəfərdir.
Düylünçay üzərində Məzrə körpüsü tikilmişdir.